GSR fm, Reportaj, Sosial, ZZ-Manşet

Şəkidən ucalan minarələr - FOTOSESSİYA

Şəki tarixi abidələrin zənginliyi ilə məşhurdur. Bu dəfəki reportajımız Şəkinin Yuxarı Baş ərazisində yerləşən məscid və minarələri haqqındadır. Bu ərazidə XVIII və XIX əsrə aid minarələr hələdə mövcuddur. Yuxarı Başın 1ci rayonunda yoxuşu qalxarkən gözəl biçimli, memarlıq ünsürləri cəlbedici olan əzamətli minarə görünür. Minarənin üstündə olan qeyddə onun 1880-cı ildə bina olunduğu müəyyənləşir. Deyilənə görə bura vaxtı ilə Came məscidinin binası olub. İndi isə onun ancaq özülü qalır. Bu məqbərə Məhəmməd Əfəndinin oğlu, alim Mustafa Əfəndinindir. İkinci minarə isə Giləhli məhəlləsində yerləşir. Bu minarə isə XVIII əsrə aiddir. Bu minarə qədim olduğuna görə indiki zamanda restavrasiya işləri gedir.

Hazırladı: Polad Rəsulzadə

Öncəki xəbərNövbəti xəbər