Sosial, ZZ-Manşet

Səlahəddin Dəmirtaş Ədirnədə həbsxanaya yerləşdirilib

selahettinTürkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.

GSR.fm APA-ya istinadən xəbər verir ki,  terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş  İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.

S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.