Sosial, Xəbərlər, ZZ-Manşet

Serbiyanın baş naziri İlham Əliyevi təbrik edib

Aleksandar-Vucic

Serbiya hökumətinin sədri Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə təbrik edib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, onun məktubunda deyilir:

“Hörmətli cənab prezident. Dövlət bayramınız-Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Serbiya Respublikasının hökuməti adından və şəxsən öz adımdan sizə səmimi təbriklərimi, ölkənizə və dost Azərbaycan xalqına hərtərəfli tərəqqi arzularımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasında ənənəvi yaxşı münasibətlər və əməkdaşlıq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran strateji əlaqələrin və tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq. Cənab prezident, sizə olan çox dərin ehtiramımı qəbul edin”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.