Qədim Şərq incəsənətində bədənə xına ilə naxış çəkilməsi mehendi adlanır. İlk dəfə mehendi Misirdə yaransa da, bu gün daha çox Hindistanda məşhurdur. O cümlədən, mehendi bir çox ərəb dövlətlərində, Pakistanda, Malaziyada, İndoneziyada, Şimali Afrikada gözəllik simvolu sayılır. Bu gün bir çox hind qadınları hesab edirlər ki, mehendi xoşbəxtlik gətirir və bir çox uğursuzluqlardan qoruyur.
3 ildir ki, mehendi sənəti ilə məşğul olan Nəzrin Nəsirova özünəməxsus xına naxışları ilə tanınır. Mehendi ustası bu sənətə marağının Hindistana səyahətindən sonra yarandığını deyir.
Çəkdiyi naxışlara fərqlilik qatdığını bildirən müsahibimiz daha çox qarışıq tərzə önəm verdiyini deyir:
“Naxışlar fərqli ola bilər. Xına çəkməkdə 3-4 dənə üslub var. Məsələn, Afrika üslubunda daha çox düz xətlərdən istifadə olunur, ərəb üslubunda isə daha çox sıx gül naxışları var. Adi hind üslubunda da naxış çox dolu olur və fərqli yarpaq, gül, ot naxışları istifadə olunur. Amma hamısını bir yerdə qatıb yeni bir tərz də yaratmaq olar”.
Müsahibimizin sözlərinə görə, mehendi sənətini öyrənmək üçün xüsusi qabiliyyət vacib deyil. İstək və səbr sayəsində bu sənəti sıfırdan öyrənmək mümkündür.
Çəkdiyi naxışların hər birinin öz mənası olduğunu deyən mehendi ustası xınanın nə qədər müddətə silindiyi haqda da məlumat verir:
“Xınadan asılıdır. Əgər təbii xına istifadə olunursa, iki həftə. Amma qara rəngdə süni xına var. Rəngi daha tez gedir, haradasa bir həftəyə, 5 günə”.
Xınanın dəriyə təsirindən danışan Nəzrin xanım təbii xınanın heç bir əks təsiri olmadığını, lakin qara və ya fərqli rənglərdə olan xınaların mənfi təsir göstərə biləcəyini deyir. Daha çox 18-30 yaş arası xanımların xına çəkdirmək istədiyini qeyd edən müsahibimiz xınanın uzun müddət qalıcı olması üçün məsləhətlər verməyi də unutmur:
“İndi biz naxışı təbii xına ilə çəkdik və bunun bir qaydası var: deməli, xına quruduqdan sonra xınanın rənginin daha tünd tutması üçün limon şirəsi ilə şəkər qatıb üstünə vururlar. Təbii xına rəngini 24 saat ərzində tutur. Yəni, xına quruyub töküləndən sonra rəngi açıq olacaq, 24 saat ərzində rəngi yavaş-yavaş tündləşəcək. Nə qədər tünd olması da dəridən asılıdır. Məsələn, dərinin rəngindən, nəmliliyindən. Bir də belə bir şey var. Hindistanda xınanı çəkəndən sonra toydan öncə, xınanın rəngi nə qədər tünd tutsa bəy bir o qədər gəlini çox istəyir”.
Hazırladı: Kəmalə Rövşən
together pin [url=http://cialisles.com/#]cialis no doctor’s prescription[/url] usually extent now fortune cialis
20mg similarly rest cialis no doctor’s prescription flat buddy http://www.cialisles.com/