İqtisadiyyat, ZZ-Manşet

Sığorta bazarı 10,8 faiz böyüyüb

esas-sekil-masin-bazariBu ilin yanvar-may aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə 186,9 milyon manat sığorta haqqı toplanıb.

GSR.fm-in Anspress-ə istinadən verdiyi məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 milyon manat və ya 10,8 faiz çoxdur.

İlk 5 ayda sığorta şirkətlərinin həyata keçirdikləri sığorta ödənişlərinin məbləği isə 55,2 milyon manat təşkil edib, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 6,3 milyon manat və ya 13 faiz artıqdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 29,5 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-may aylarında 29 manat olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.