Xəbəriniz olsun, Xəbərlər

Simvola çevrilmiş sevilməyən tikililər

Eyfel qülləsi
Eyfel qülləsi

 Fransanın simvolu sayılır. “Dünyanın ən mənasız və çirkin tikintisi”nin rəsmi açılışı 125 il əvvəl, 1889 il 31 mart tarixində olub. Vaxtı ilə Fransanın “kreativ təbəqə”si, Eyfel qülləsini belə adlandırıb. Qüllə xalqın qəzəbinə səbəb olub. Düma-oğul, Mopassan, Emil Zolya bu tikili haqqında: “Biz Fransanın toxunulmayan gözəlliyinin pərəstişkarları, fransız zövqü naminə çağırış edirik ki, bu eybəcər tikilidən imtina edin!” deyib.

Azadlıq heykəli
Azadlıq heykəli

 Amerikanın simvolu hesab olunur.  “Əsil patriot pulun bürünc qadınlara xərclənməsini haqlı hesab etməməlidir. Bu əsəb nəyə görədir? Bəli, bu əsəb Vətəndaş müharibəsindən sonra bizim öləkinin iqtisadi çöküntüsündən istifadə edib monstr tikmək istəyənlərə qarşıdır”. Bunu 1885-ci ildə  “Nyu-York” qazeti yazıb. Lakin, buna baxmayaraq Azadlıq Heykəli ərsəyə gətirilib. Maliyyə çatışmazlığından heykəlin pyedistalı səkkiz metr qısaldılıb. İndi isə amerikalı uşaqların 80% hesab edir ki, mis qadın əlində azadlıq məşəli yox, dondurma tutur. 

“Sidney” operası
“Sidney” operası

 Avstraliyanın simvoluna çevrilib. “Hansısa dəniz məxluqu sahilə çıxıb və ölüb”- Sidney şəhərinin sakinləri yeni tikilmiş teatr operası haqqında deyiblər. Opera binasına “Futbol oynayan doqquz rahib”ə və “Albinos itin caynağı”na bənzədənlərdə az olmayıb. 

Mis atlı
Mis atlı

Rus çarı I Pyotrın şərəfinə hazırlanmış ilk atlı heykəl, müəllifi Etyen Falkone tərəfindən özbaşına edilən eksperimentlərdən sonra, narazılığa səbəb olub. Heykəlin “daş-ildırım” pyedistalını ilkin görünüşdə saxlamağı düşünürdülər: kobud və təbii. Falkone isə heykəli kəsib və cilalayıb.

Məsih xilaskarın məbədi
Məsih xilaskarın məbədi

 bir vaxtlar moskvalılar ad qoymaqda tənbəllik etməyiblər: samovar, göbələk, mürəkkəbqabı. Konstantin Tonun əsərini klasikklər də bəyənməyiblər. Məsələn, Aleksey Şuyev bu əsəri “əldəqayırma” adlandırıb. Lakin yenə də, bu məbəd Moskvanın simvolarından biridir.

Sagrada Familia məbədi
Sagrada Familia məbədi

“Dünayanın ən axmaq tikilisi”-bu adla yazıçı Corc Oruel məbədi adlandırıb. Ancaq “axmaq tikili” Barselonanın simvolu oldu. Məbədin arxitektoru Qaudinini isə Vatikan 2016-cı ildə müqəddəs kimi tərəmmün etmək istəyir.

Vaşinqton abidəsi
Vaşinqton abidəsi

 dünyada tikintisi uzun vaxt aparan abidələrdən biridir. Onun tikintisi Vaşinqtonun ölümündən 100 il sonra başa çatıb. Tikilidə isə elə bir çətin konstruksiya yoxdur. Tutanhomonun dövündə belə tikililər rahat şəkildə başa gəlirdi. Mark Tven abidə haqqında bu sözləri deyib: “Zavod borusuna oxşayan tikilidir, donuzlar isə onun kölgəsində yatır”.

Aif.ru

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

 

Öncəki xəbərNövbəti xəbər