Müsahibə, Sosial, ZZ-Manşet

“Şirkətlərin qeydiyyatdan keçməsi onları fırıldaqdan azad etmir”

nabataliTəhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı nazirlik heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Bu barədə təhsil nazirliyi açıqlama verib

GSR.fm olaraq bu haqda təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikirlərini öyrəndik. O bildirdi ki, prezident aparatında bu işlərə nəzarət edən qurum var:

“Mən hesab edirəm ki, xaricdə ali təhsillə bağlı birbaşa prezident aparatında buna baxan qurum var və eyni zamanda bu, rəsmi qurumdur. Kim nəzarət edir ya yox,  bunu təstiq etmək və eləməmək işin mahiyyətin dəyişmir. Vaxt var idi,  açıq şəkildə təhsil nazirliyinin rəsmiləri də etiraf edirdilər. Amma məsələ ictimailəşəndən sonra  bu məsələlər bağlı heç bir məlumat açıqlanmadı”.

Ekspert həmçinin xaricdə təhsil alan vətəndaşların diplomunun tanınması məsələsinə də toxundu. O qeyd etdi ki, tələbənin təhsil aldığı universitet  fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçibsə, diplomun tanınması mümkündür. 

“Mən minlərlə fakt deyərəm ki,  elementar savadı olmayan adamlar xaricdə təhsil alır və diplomu tanınır. Diplomun tanınması üçün notifikasiya qanunu var. Həmin qanuna görə də, diplom tanınır. Əsas odur ki, onun oxuduğu məktəb fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçsin. İkinci səbəb də odur ki, o qanuni əsaslarla oxusun bitirsin. Yəni sessia vaxtı sərhəddən keçsin, qayıtsın. Lakin kifayət qədər tələbə var ki,  oturur Bakıda, universitetdə sadəcə adı gedir. Amma həmin adamın diplomları tanınır”.

Nabatəli bəy həmçinin odu da qeyd etdi ki, bu işlə məşğul olan şirkətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçsələr də, fırıldaqçılığa davam edirlər. 

“Həmin şirkətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilir, lakin qeydiyatdan keçmək onları heç də fırıldaqdan azad etmir. Onlar öz fəaliyyətlərini davam etdirirlər  Ən yaxşısı insanların belə şirkətərdən uzaq durmağıdır. Əgər belə adamların öz savadına, qabiliyyətinə ümidləri varsa, onlar müsatəqil şəkildə ali məktəblərə daxil olsunlar”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.