boş bölmə

Sirli Alban məbədi – Kiş

Norveç Mifologiyasında Skandinav Tanrısı Odin haqqında yazılır: O, Şimali Avropaya Azər adlanan yerdən gəlib. Mən bu yazıları dəfələrlə oxudum və belə qərara gəldim ki, bu heç də mifologiya yox əsl tarix və coğrafiyadır.

Tur  Heyerdal

Bu gün sizə Sirli Alban Məbədlərindən biri Kiş Alban məbədini təqdim edəcəm. Bu məbəd 2000- ci ilə qədər xarab gündə olub. Göstərdiyim Orta Zəyziddə və Bideyizddəkilərdən bir az yaxşı olub. İnsanlar da bura Tanrı evi olduğu üçün dua etməyə gəliblər. Tur Heyerdalın və norveçlərin dəstəyi ilə bu məbəd yenidən təmir olunub.

Əgər Skandinav mifologiyalarının dərininə və bu abidənin tikildiyi yerin dərinliyinə getsək çox qədimə gedib çıxırıq. Alban məbədləri qədim ibadət və müqəddəs yerlərin üstündə salınıb. Odinin Azər adlı bölgədən gəlməsi də çox sirli məsələdir. Şəkinin əsasən də bu ərazilərin çox sirli və qədim tarixi var. Azərbaycanda qədim məskənlər Qarabağ və Şəki-Zaqatala bölgələridir. Burda tapılan abidələr və qazıntılar bunun sübutudur.

Sizlərə Vikinqlərin əsas izləri harda olduğunu bildirən xəritəni və Alban məbədindən şəkilləri təqdim edirəm:

 Hazırladı: Polad Rəsulzadə

Öncəki xəbərNövbəti xəbər