P.S, Xəbəriniz olsun, Z-Manset

Sirli rəqəmlər - Xəbəriniz Olsun

Bir çoxları “rəqəm” sözünün haradan götürüldüyünü və nə məna daşıdığını bilmir. Təəccüblü olsa da, bu söz  ərəb dilindən götürülüb və mənası “boşluq” deməkdir. Rəqəmlər riyaziyyatda işlədilməkdən əlavə xüsusi mənalar daşıyır.

числа

İndiki dövrdə ayın 13-nün cümə gününə düşmə qorxusu bir çoxumuzda var. Heç bilirsinizmi ki, bir çox ölkələrdə 13-cü mənzil yaxud 13-cü mərtəbə yoxdur? Bu rəqəmi birbaşa 14 yaxud 12A ilə əvəz edirlər. İndi sizə rəqəmlərlə bağlı bəlkə də heç vaxt eşitmədiyiniz faktları təqdim edirik.

1.Məntiqi fokus. 2011-ci ildə sizin neçə yaşınız vardı? Həmin rəqəmin üzərinə anadan olduğunuz ilin son 2 rəqəmini də gəlin. 111 alındı, elə deyilmi?

 

Пи

2. Məktəbi xatırlayaq. Məşhur “Pi” (π) rəqəmini hamı tanıyır. Bilirik ki, Pi 3,14-ə bərabərdir(π=3,14). Amerikada ildə 2 dəfə qeyri-rəsmi olaraq bu rəqəmin bayramı keçirilir. Birinci bayram 14 martda olur, bu da 03.14 (3-cü ay 14-ü)deməkdir. İkinci bayram isə 22 iyulda qeyd olunur, yəni 22.07. Niyə məhz iyul? Cavabı bilmək istəyirsinizsə, həmin ayın tarixini ayın rəqəminə bölün, yəni 22:07. Və sizin cavab Pi rəqəmi olacaq.

3. Kazino oyun stolundakı bütün rəqəmləri toplasan, “şeytan rəqəmi” alınacaq – 666.

4. Başqa rəqəmlərlə bağlı olan riyazi möcüzə. 111 111 111 kvadrata yüksəldin. Tənbəllik etməyin. Belə bir cavab alacaqsınız: 12345678987654321. Diqqət edin: rəqəmlər əvvəlcə kiçikdən böyüyə, daha sonra əksinə gedir.

Вид-со-спутника

 

5. Hələ SSRİ-nin dövründə belə bir ideya var idi: arxitektorların təqdim etdikləri layihədə mikrorayonlar elə tikilməli idi ki, kosmosdan baxanda resbublikanın adı görünsün. Ancaq məlum olmayan səbəbə görə, layihə sona qədər tamamlanmadı. Bu gün isə Ukraynanın Xarkov şəhərində 3 binadan ibarət olan 522-ci mikrorayon var. Peykdən mikrorayona baxanda 666 rəqəmi görsənir.

 

Hazırladı: Rəna Hüseynova
Mənbə: mif-facts.com.ua

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.