Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Sirri açılmayan mətnlər

Tapıldığı zamandan bu yana hansı dildə yazıldığı, hansı mesajı verdiyi və sirli şifrələri ilə diqqəti cəlb edən kitablar, mətnlər bu gün də öz gizliliyini qorumaqdadır. GSR.fm  dünyanın ən sirli mətnlərindən bir neçəsini təqdim edir:

Smithfield və ya  Qreqori Külliyatı – 13-cü əsr                          1

Dini xüsusiyyəti ilə seçilən və IX Papa Qreqori tərəfindən yazılan külliyatın mətnindən daha çox şəkilləri diqqəti cəlb edir. Dini kitab olduğuna baxmayaraq kitabda heyvan başlarının insan vücuduna bitişdirilməsi, qan axıdılması  əks edilib. Külliyatın sirri bu gün də açılmayıb.

Ripley Mətnləri

2

Bu, XV əsrdə yaşamış məşhur kimyagər olan George Ripley  altı metr uzunluğundakı perqament üzərinə yazdığı  şifrəli mətndir. Bu yazı elm  aləminə bir çox  töhfələr versə də, hələ də bəzi hissələrinin sirləri gizli qalmaqdadır.

Voyniç  əl yazması -15-ci əsr3

Polşalı bukinist Wilifrid Voyniçin yazdığı əl yazmalardan biri Yale universitetində saxlanılır. Bu əl yazmaları bir çox mütəxəssisin araşdırmasına baxmayaraq hələ də dünyanın sirli mətnləri arasındadır. Hətta hansı dilə məxsus olduğu da bilinmir.

Soyqa kitabı- 16-cı əsr

4

XVI əsrdə yaşamış riyaziyyatçı və kimyagər olan Con Diyə həsr edilmiş  Soyqa kitabının içərisində “sehr” olduğuna inanırlar. Kraliça Elizabetin məsləhətçisi olan  Di, bu kitabı uzun müddət kitabxanasında qoruyur. Ölümündən  yüz illər sonraya qədər itib-batan kitab 1994-də tapılır. Kitabın adı yunanca “müqəddəs” mənasına gəlir.

Rohonc  mətnləri –  19-cu əsr5

XIX əsrdə adı məlum olmayan biri tərəfindən macar elm adamlarına bağışlanan Rohonc mətnlərinin haradan gəldiyi və məqsədi bəlli deyil. Bu xüsusiyyətləri onu tarixin gizli mətnləri kateqoriyasında ilklər sırasına daxil olmağa zəmin yaradır. Bir çox dil alimi tərəfindən araşdırılan  kitab 200-ə yaxın simvolu olan əlifba ilə yazıldığı üçün  oxunulması o qədər də asan deyil.

Qatil Zodyakın məktubları – 1960-1970

6

1960-70-ci illər arasında 28 nəfəri öldürən qatil Zodyak qəzetlərə qəribə məktublar göndərir. Bir neçə məktubdan sadəcə biri oxunulub. Təxminlərə görə, məktubdakılar öldürülənlər haqqında məlumat idi.

Vivian qızların hekayəsi- 1973

7

Bütövlükdə on beş min səhifədən ibarət olan əsəri anlamaq olduqca çətindir. Xəstəxana xidmətçisi Henri Dargerin kitabxanasından tapılan bu kitab 40 il bir mənzildə gizli saxlanılıb. Kitabın içində sulu boya ilə çəkilmiş qorxunc rəsmlər mövcuddur.

Kodeks Serafinianus- 1981

8

Üz qabığı rəsmlərlərlə dolu olan bu kitab da sirri açılmamış mətnlər sırasına daxildir. Kitabın yaxın tarixdə yazılmasına baxmayaraq dilini anlayan hələki tapılmayıb. Ensiklopoediya karakteri daşıyan lakin rəsmlərlə haşiyəyə çıxan yazar italyan memar Luigi Serafini kitabın elmi məlumatlarla zəngin olduğunu iddia edirdi. Amma araşdırmalar zamanı şifrəli mətnlərdən heç  fərqi olmadığı məlum olur.


Mənbə: trend.mynet.com

Öncəki xəbərNövbəti xəbər

43 şərh

  1. You actually make it seem so easy with your presentation but I find this topic to be really something that I think I would never understand. It seems too complicated and very broad for me. I am looking forward for your next post, I’ll try to get the hang of it!. viagra online

  2. Admiring the time and effort you put into your website and in depth information you offer. It’s awesome to come across a blog every once in a while that isn’t the same out of date rehashed material. Fantastic read! I’ve saved your site and I’m adding your RSS feeds to my Google account.. viagra prices

  3. The very crux of your writing whilst appearing reasonable in the beginning, did not really work well with me personally after some time. Somewhere within the sentences you actually were able to make me a believer unfortunately just for a very short while. I still have got a problem with your leaps in logic and you might do well to fill in all those gaps. If you can accomplish that, I will undoubtedly be impressed.. generic viagra without a doctor prescription

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.