Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir.
Azərbaycan neftçilərinin peşə bayramı günündə Heydər Əliyev Mərkəzində SOCAR-ın yeni loqotipinin təqdimat mərasimi keçirilib.
GSR.fm-in Oxu.az-a istinadla verdiyi məlumata görə, mərasimdə yeni loqotip nümayiş etdirilib, bununla əlaqədar hazırlanmış film göstərilib.
Bildirilib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 20 ildə əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan, hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyasının icrası prosesində ölkənin neft-qaz sənayesi və onun avanqard qüvvəsi olan SOCAR şərəfli bir yol keçib. Bu şirkət indiyədək Azərbaycanda müxtəlif adlar altında fəaliyyət göstərmiş onlarla neft-qaz müəssisəsinin tarixi varisidir. Dövlət Neft Şirkətinin inkişaf yolu onun ticarət nişanlarının, loqotiplərinin timsalında da öz parlaq təcəssümünü tapıb.
Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, güvənilən bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaq.