Podkastlar, ZZ-Manşet

Son simfoniyası xəstəxana divarında qalan bəstəkar

[zoomsounds_player source="http://gsr.fm/wp-content/uploads/2015/04/Podkast-hazir-Gulnar.mp3" config="gsr" playerid="" waveformbg="" waveformprog="" thumb="" autoplay="off" cue="on" enable_likes="off" enable_views="off" enable_rates="off" playfrom=""]

Musiqi sənətində özündən sonra iz qoyan dəyərli bəstəkar Asəf Zeynallı… O, konservatoriyada ilk professional təhsil alan azərbaycanlı bəstəkardır. Azərbaycan musiqisinin bir çox ilkləri onun adı ilə bağlıdır. 23 il sürən həyatı və 7 illik yaradıcılığı ərzində Azərbaycan milli musiqisinə böyük töhfələr verib.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə aprelin 5-i Dərbənddə anadan olub. Onun anası Həspənd xanım qarmonda gözəl ifa edirdi. Heç şübhəsiz ki, Asəf Zeynallının musiqi istedadı elə anasından qaynaqlanıb. O, Dərbənddəki real gimnaziyada təhsil alarkən məktəb orkestrində klarnetdə ifa edib. 11 Yaşında olarkən ailəsi ilə birlikdə Bakıya köçür və təhsilini Bakı Musiqi Texnukumunda davam etdirir. 1926-1931-ci illərdə isə konservatoriyada təhsil alır. Elə həmin vaxtdan bir çox pyeslər yazmağa başlayır. “Çahargah”, “Durna” pyesləri, “Uşaq süitası”, skripka üçün “Muğamsayağı”, iki violonçel və fortepiano üçün “Qoyunlar” xalq mahnısını, xor və orkestr üçün “Şikəstə” və s. əsərlərini yazır. O, “Uşaq Süitası”nı yazmaqla Azərbaycanda ilk uşaq musiqisi repertuarının əsasını qoyur. Bu süita milliliyi ilə seçilir. Süitaya altı pyes daxildir: 1. Kuklaların Yürüşü, 2. Uşaq və Buz, 3. Rəqs, 4. Oyun, 5. Qoyunlar, 6. Mübahisə. Bəstəkar “Kuklaların yürüşü”ndə məzəli xarakteri, “Uşaq və buz”da səmimiliyi, “Rəqs”də cəldliyi, “Oyun”da zarafatyanalığı, “Qoyunlar”da isə sürünü təsvir edir. “Mübahisə” isə uşaq coşğunluğunu ifadə edir. Onun müəllifi olduğu “Çahargah” Azərbaycan musiqi tarixində ilk fortopiano pyesidir. Eyniadlı muğamdan istifadə etməklə bəstəkar orijinal pyes yaradıb.

asef

 

Azərbaycan musiqi tarixində ilk romanslar da məhz Asəf Zeynallının adı ilə bağlıdır. O, 20-ci illərin sonu 30-cu illərin əvvəllərində “Ölkəm”, “Sual”, “Seyran” və digər romanslar bəstələyib. Bu romansların Azərbaycan vokal musiqisinə böyük təsiri olub. “Ölkəm” romansı Cəfər Cabbarlının sözlərinə bəstələnib. Lirik səciyyəli “Ölkəm” romansında Azərbaycan təbiəti təsvir edilir. Romansda bəstəkar “Şur” muğamının kök və intonasiya xüsusiyyətlərindən geniş istifadə edib. Bu romans dillər əzbəri olub və bir çox ifaçılar tərəfindən sevilərək oxunur.
Asəf Zeynallının oxuduğu konservatoriya indi onun adını daşıyan məktəbin ikinci mərtəbəsində yerləşirdi. O, burada təhsil alıb, alt mərtəbədə isə dərs deyib. Qara Qarayev və Tofiq Quliyev bir müddət onun tələbələri olub. Özü isə Üzeyir Hacibəyovun tələbəsi idi.

Asəf Zeynallı konservatoriyada oxuduğu zaman 1929-1931-ci illərdə Türk fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan Proletar Musiqiçiləri Birliyinin sədri işləyib. O, Türk Fəhlə Teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, A.Həmidin “Hind qızı”, Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib. Eyni zamanda Asəf Zeynallı “İbtidai not savadı” kitabının üç müəllifindən biridir. Bəstəkar 1931-ci ildə Leninqradda yalnız Azərbaycan musiqilərinin səsləndiyi konsert təşkil edib.

1932-ci ildə bəstəkar “Bakı simfoniyası”nı yazmaq istəyir. Məhz bu məqsədlə o Azərbaycan xalq musiqi incilərini toplamaq və nota almaq qərarına gəlir. Bu işdə ona məktəb yoldaşı Bülbül yaxından kömək edib. Onlar bir yerdə şəhər və kəndlərə gedib Azərbaycan xalq mahnılarını toplayırlar. Şuşada olarkən Xan Şuşunski ilə rastlaşırlar və “Alma almaya bənzər” mahnısı da bu zaman nota alınır.

Lakin qəfildən qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən qardaşı onun ziyarətinə gəlir və xəstəxana divarında nə isə yazdığını görür. Asəf Zeynallı ölüm günü qardaşına deyir: “Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın”. Lakin onun vəsiyyətini heç kim yerinə yetirmir…Asəf Zeynallı 1932-ci il oktyabrın 27-si Bakıda vəfat edir.

Bu gün Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri Asəf Zeynallının adını daşıyır.

Öncəki xəbərNövbəti xəbər

26 şərh

  1. Thank you for any other informative blog. The place else may just I get that type of information written in such an ideal means?

    I’ve a venture that I’m just now working on, and I have been at
    the look out for such information.

  2. Hello There. I found your blog using msn. This is an extremely smartly written article.
    I’ll make sure to bookmark it and come back to read more of your helpful information. Thanks for the post.
    I’ll certainly return.

  3. Hi, I do think this is a great blog. I stumbledupon it 😉 I’m going to return once again since i have bookmarked it.
    Money and freedom is the best way to change, may you be rich
    and continue to guide other people.

  4. Hey there! This is my 1st comment here so I just wanted to
    give a quick shout out and tell you I genuinely enjoy reading through your posts.
    Can you recommend any other blogs/websites/forums that go over the same topics?
    Thanks a lot!

  5. I’m really enjoying the design and layout of your site.
    It’s a very easy on the eyes which makes it much more pleasant for me
    to come here and visit more often. Did you hire out a developer to
    create your theme? Great work!

  6. Hey there just wanted to give you a brief heads up and let you know
    a few of the pictures aren’t loading correctly. I’m not sure
    why but I think its a linking issue. I’ve tried it in two different web browsers and both show the same outcome.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.