Sosial, ZZ-Manşet

“Sovetski”dən köçmək üçün 1500 ailə müraciət edib

sobetski-570x360“Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1500-ə çatıb”.

Bu barədə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

GSR.fm APA-ya istinadən xəbər verir ki,  o deyib ki, 1043 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1005 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 3 200 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 140 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.