Bloq, P.S, ZZ-Manşet

Ssenari yoxsa qədər? - Bloq

nailSsenari-insanın təxəyyül məhsulu. Çox qəribədir ssenari. İnsanlar zaman-zaman kitablarda, filmlərdə, musiqilərdə, teatrlarda ssenaridən istifadə edər. Misal üçün adam bir dedektiv janrlı kitab yazar. Cinayətkar çox ağıllı olar, heç dəlil qoymaz cinayət yerində, silsilə cinayətlər törədər. Çox qəddar cinayətlərin ardında bir cinəyətkar vardır və baş qəhrəman olan polis müfətdişi və ya xüsusi dedektiv filmin sonunda bütün dəlilləri beynində birləşdirərək qatili tapar.

Bəs qədər? Qədərdə hər zaman belə olmur. Həbsxanada günahsız yatan o qədər insan var ki… Sevgi filmləri vardır. Sonu mütləq qalibiyyətlə, sevənlərin bir arada olması, xoş həyat sürməsi və ya evlənməsi ilə yekunlaşır. Əsərin iki baş qəhrəmanıhər nə olursa olsun bir-bir birinə xəyanət etməməsi, aldatmaması, yalan danışmaması həkk olunmuşdur. Qədərdə? Allah eşqinə belə bir şey mümkün ola bilərmi? Nadir. Bizi atdıqdan sora sevgilimiz yeni bir münasibət qurar və xoşbəxt olar. Ssenarilərə görə isə yeni münasibət qurar ancaq səni sevər, səni unuda bilməz. Qədərdə isə axır-əvvəl səni unudar. Əbədii sevgi, yerə-göyə sığmayan düzgünlük, ssenaridəki baş qəhrəmanlara məxsusdur. Mən qəbul edirəm ki, ssenarilərdə qədərdən bir parçadır. Yəni müəllif öz ssenarisini həyatında və ya ətrafındakıların həyatında baş verən hadisələrdən yaradır. Lakin öz təxəyyülündəndə qatır. Bir hadisə görür. Məsələn, bir qadını sevir. Sonra ayrılırlar. Bu fikri birdə ssenari olaraq baxaq. Birini sevir, sonra ayrılır. Hə nə olsun? Ssenaridirsə başlanğıc və son fikir olmalıdır. Məsələdə burasındadır ki, ssenarinin qədərlə birə-bir eyni olması üçün ölüm olmalıdır. Baş qəhrəman ölməlidir. Ona görədə məhsulun maraqlı olması üçün bir düşüncə olmalıdır, təxəyyülü işə salmaq lazımdır. Qadın getdi deyək bir kişinin həyatından. Ssenari sırf belə bitsə maraqlı sonluq olmaz. Maraqlı sonluq olmasa məhsul kapital gətirməz və məhşur olub müəllifə şan-şöhrət gətirməz. Amerikan aksiyon filmlərində baş qəhrəmanın alovların içinə tullanaraq yanğının içində körpə uşağı çıxardığı səhnələr var. Heç yanan evə girib uşağıda xilas edə bilməyib, yanıb, ölən kino qəhrəmanı gördünüzmü? Əlbətdə xeyr. Lakin reallıqda bu mümkündür? Əlbətdə. Belə bir ssenari təsəvvür edin! Birisinə xəyanət edilir və həmin o birisi bir gün qisas almaq qərarına gəlir. Düşünür, uzun müddətdi qisas strategiyaları düşünür və sonda birə-bir nisbətdə planı reallaşır. Belə kitablar oxumuşuq. Belə bir çox film izləmişik. Belə filmlərə baxıb bizdə qisas almaq qərarına gəlirik. Ancaq nə qədərdə dərin düşünsək bu alınmır. Çünki o ssenari idi, biz yaşayan qədər. Ssenarist öz personajını mükəmməl təsvir edir, ancaq heç yaradılış kitablarının hansındasa tanrının insanı möhtac yaratmasının əksini görmüsünüzmü? Əslində hər şeyində zibilini çıxardan bu ssenarilərdir. Baxırıq filmlərə, kitablar oxuyuruq, özümüzü baş qəhrəmanın yerinə qoyuruq, eqomuz göyün zirvəsinə qalxır. Mən edərəm, mən də bacararam deyib, nəyisə etməyə çalışırıq. Alınmadıqda böyük bir xəyal qırıqlığı. “Yox filankəs ayrıldığı gün heç vaxt unutmayacağam səni” demişdi. Ona görədə mən ondan başqasını istəmirəm, olmayacaqda başqa biri çünki hələdə o məni sevir. Birisi bu adama deməlidir ki, get özünə iş tap. O artıq başqasıyla xoşbəxtdi, adını  da unudub çoxdan. Yolda görsə tanımaz. Problem insanların beynindədi. Çünki müqayisəni ssenari qəhrəmanı ilə qədər persanajı arasında edir. Hər şey insanların ssenarisindəki qədər yaxşı və mükəmməl deyil. Çünki bu qədərdi.

Müəllif: Nail Zakirli


 

Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər