Gənclər Soruşur

SSRİ dövründən qalmış bank əmanətləri

“Gənclər soruşur” verilişinin budəfəki efirində “Sovet dövründən qalmış əmanətlərin qaytarılması” mövzusu “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin sədri, iqtisadi ekspert Zöhrab İsmayılla müzakirə olundu. Keçmiş SSRİ ölkələri ilə müqayisədə Azərbaycanın əmanətləri qaytarmaqda gecikdiyini deyən qonaq hesablamanın yanlış olduğunu və böyük əmanətləri olan əmanətçilərin çox pul ala bilməyəcəklərini bildirdi.

Bundan başqa verilişdə paytaxt sakinlərinin bu məsələyə münasibətini əks etdirən qısa sorğu da təqdim edildi. Daha sonra ekspert məsələ ilə bağlı əmanətçilərə məsləhətlər verdi.

 

Öncəki xəbərNövbəti xəbər