İqtisadiyyat, ZZ-Manşet

“STAR” zavodunun tikintisinə dair maliyyə sazişi imzalanıb

qaz-570x360Bu gün Türkiyənin İstanbul şəhərində İzmirin Əliağa yarımadasında tikiləcək “STAR” neftayırma zavodunun (NEZ) maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb.

GSR.fm-in “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, 2011-ci ilə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə təməli qoyulan zavodun maliyyələşdirilməsi ilə bağlı iki il yarım davam edən müzakirələrdən sonra, dünyanın və Avropanın önəmli maliyyə qurumları NEZ-in inşasına maliyyə dəstəyi verməyə razı olublar: “Bu gün 3,3 mlrd. dollarlıq layihənin imza mərasimi keçirilir. 2018-ci ilə qədər Türkiyənin neft sektorunda 120 mlrd. dollarlıq sərmayə qoyulacaq. Bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşür. Bu kredit Türkiyə tarixində bir layihəyə verilən ən uzun müddətli və ucu açıq olan kreditdir. Bu kredit sazişindən layihənin nə vaxt tamamlanacağına dair heç bir maddə yoxdur”.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da bu layihəyə dəstək verdiklərini qeyd edib.

Sənaye naziri Natiq Əliyev isə bu hadisəni yeni qələbə adlandırıb. “Avropanın və dünyanın ən böyük maliyyə qurumları bu gün bu layihəyə dəstək verirlər. 20 il əvvəl Azərbaycan özü kənardan sərmayə axtarırdısa, bu gün özü dünyanın bir çox ölkələrinə sərmayə yatıran ölkəyə çevrilib. “Petkim” şirkəti 2023-cü ildə illik 30 mlrd. dollar dövriyyəsi olacaq Türkiyənin ən böyük sənaye şirkətinə çevriləcək”, – deyə o bildirib.

Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə qeyd edib ki, 10,4 mlrd. dollarlıq Azərbaycandakı dövlət investisiyasına 153 şirkət podratçı və subpodratçı şəklində iştirak edir.

Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib ki, bu imzalanma mərasimi təkcə Türkiyə və Azərbaycan üçün deyil, eləcə Avropa üçün də böyük önəm daşıyır. Onun sözlərinə görə, neft-kimya sahəsindəki Türkiyənin cari kəsiri neft və qazdan sonra ikinci yerdədir: “Biz bundan çox sıxıntı keçiririk. Bu sərmayə bizim üçün olduqca önəmlidir”.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə qeyd edib ki, Türkiyənin “TPAO” şirkətinin “Şahdəniz 2” layihəsindəki payının 9%-dən 19%-ə, “Botaş” şirkətinin isə TANAP layihəsindəki payının 20%-dən 30%-ə artırıldığından məmnun olduqlarını bildirib. “Keçən il gəlirlərimiz 265 mln. dollar olub. 23 maliyyə qurumu ilə birlikdə Türkiyənin “Garanti” bankının 3,3 mlrd. dollarlıq maliyyə dəstəyindən iştirakı ilə əlaqədar sevinc hissi duyuruq. “STAR” işə düşdükdən sonra 10 mln. ton neft-kimya məhsullarının illik istehsalı nəzərdə tutulub ki, bu da Türkiyənin bir çox sahələrində bizim yükümüzün yüngülləşməsinə kömək edəcək”, – deyə o bildirib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.