Maraqlı, ZZ-Manşet

Stiven Hokinqdən çağırış: “Yerdən qaçın!”

stivenBritaniyalı alim Stiven Hokinq insanları yaşamaq üçün başqa planetlər axtarmağa çağırıb.

Hokinq hesab edir ki, artıq Yerdə yaşamaq olduqca təhlükəlidir və bu təhlükə hər gün daha da artır.

GSR.fm Azvision.az-a istinadən xəbər verir ki, Alim: “Planetimizin hər hansı təbii və ya texnogen fəlakət nəticəsində məhvi an məsələsidir”,- deyə“Kosmik gəmini necə yaratmalı” kitabında yazır.  O, nüvə müharibəsini və genetik silahlarla virus hücumunu təhlükə üçün əsas risk olaraq göstərir.

Qeyd edək ki, Hokinq kosmologiya və kvant qravitasiyası ilə bağlı araşdırmaları və elmin təbliği ilə məşhurdur.

O, qara dəliklərin buxarlanmasının mümkünlüyü baradə ilk məqalənin müəllifidir. Yer kürəsinin, kainatın yaranması və Böyük Partlayış anından bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.