boş bölmə, Müsahibə, Siyasət, Xəbərlər, ZZ-Manşet

“Strateji müttəfiqlik birbaşa Gürcüstana lazımdır”

seckiGürcüstanda keçirilən seçkilərdə  “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. Son nəticələrə görə “Vətənpərvərlər Alyansı”  4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb. 35 seçki məntəqəsi üzrə səslərin hesablanması davam edir.

Seçkilərdən sonra Gürüstandakı siyasi mühitin necə dəyişəcəyi barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu GSR.fm-ə müsahibəsində bildirib ki, əslində proqnozlar özünü doğrultmayıb:

“Seçkilərin nəticələri yuxarı-aşağı bəlli idi əslində, seçkidə hakim partiya qələbə çalıb. Sadəcə mojaritarla bağlı hələ suallar var. Bəzi məntəqələrdə ikinci tur seçkilər keçirilməlidir. Seçkidən öncə belə proqnozlar vardı ki, hakim “Gürcü Arzusu” ilə müxalifətdə olan keçmiş prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyası arasında səslər təxminən yarıbayarı bölünəcək. Amma proporsional seçki göstərdi ki, “Gürcü Arzusu” daha üst sıralardadır. Yəqin indi parlament formalaşadan sonra çalışacaqlar təkbaşına hökuməti quralar. Mixail Saakaşvilinin də geri dönəcəyi haqqında fikirlər səslənir. Bu da baş verə bilər. Maraqlıdır ki, bu seçkidə ilk dəfə xeyli sayda azərbaycanlı da seçkiyə qatılıb. Məndə olan məlumata görə bu parlamentdə keçmiş parlamentlərlə müqayisədə daha çox azərbaycanlı təmsil olunacaq”.

Elxan bəy həmçinin, seçki nəticələrinin Azərbaycana təsirindən də danışıb:

“O ki, qaldı Gürcüstanın yeni hökumətinə və yeni parlamentinin Azərbaycanla quracağı münasibətlərə, əlbəttə hiss olunurdu ki, Gürcüstanda yaşayan azərbaycanlıların əksər hissəsinin simpatiyası məhz Mixail Saakaşvili və onun tərəfdarlarınadır. Çünki Mixail Saakaşvili Azərbaycanın strateji tərəfdaşı kimi çıxış edir. Məsələ burasındadır ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq səviyyəsi o dərəcədədir ki, Gürcüstanda hakimiyyətdə kim olursa olsun, hətta “Gürcü Arzusu”, Azərbaycanla münasibətlərin axarını dəyişə bilməyəcək. Strateji müttəfiqlik birbaşa Gürcüstanın özünə də lazımdır”.

Öncəki xəbərNövbəti xəbər