İdman, ZZ-Manşet

Suares Ronaldoya şərik oldu

luis suaresBeynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) geridə qalan 2014-cü ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb.

GSR.fm-in Qol.az-a istinadən verdiyi məlumata görə, ötən ilin bombardiri tituluna iki futbolçu şərik çıxıb.

Dünyanın 60 ən güclü çempionatının məhsuldar oyunçular siyahısına “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo və “Barselona”nın forvardı Luis Suares başçılıq edir. Hər iki futbolçu ötən il 31 qol vurub. Lakin uruqvaylı futbolçu bu qolların əksəriyyətinə sabiq komandası “Liverpul”da imza atıb.

Hollandiyanın “Herenven” klubunun keçmiş futbolçusu Alfred Finboqason isə 29 qolla siyahıda üçüncü olub. “Barselona”nın hücumçusu Lionel Messi isə ötən il vurduğu 27 qolla 5-ci pillədə qərarlaşıb

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.