İdman, ZZ-Manşet

Suares yenidən Uruqvay millisinin heyətində

suarezLuis Suares yenidən Uruqvay millisi ilə matça çıxmağa hazırlaşır.

GSR.fm-in Qol.Az-a istinadən verdiyi xəbərə görə, o, Oman və BƏƏ ilə yoldaşlıq oyunu üçün milliyə dəvət olunub. Onun uzun müddətdən sonra Uruqvay yığmasına kömək edəcəyi gözlənilir.

Xatırladaq ki, Suares “DÇ-2014″ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Ancaq bu cəzalar yoldaşlıq matçlarına şamil edilmir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.