İctimai Fikir, ZZ-Manşet

Sükan arxasında məşhurları əsəbləşdirən səbəblər

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

Avtomobil idarə etmək diqqət və səbr tələb edir. Bəzən isə sürücülər sükan arxasında olarkən elə hadisələrlə qarşılaşırlar ki, bu onların avtomobili səhv idarə etməyinə və əsəblərinin gərilməsinə səbəb olur. Bu dəfə isə avtomobil idarə edən məşhurlara sual ünvanladıq: Avtomobil idarə edərkən sizi ən çox nə əsəbləşdirir?

Promete:  Avtomobil idarə edərkən məni ən çox əsəbləşdirən şey sürücülərin yolları dəyişərkən yan, xəbərdarlıq işıqlarından istifadə etməməsidir. Bundan çox əsəbləşdirən heç nə olmur. Xəbərsiz dönürlər, qəza şəraiti yaradırlar. Ən çox hirsləndirən budur.

Samirə Allahverdiyeva:  Qaydaları pozanda.

Kərim Abbasov: Tıxac, hər şey, keçidlər, sarı xətti keçənə qədər.

Sevinc Çılğın: Avtomobil idarə edərkən işıq pulu yazar deyib, qorxub “povrotnik”i yandırmayan sürücülər əsəbləşdirir. Qırmızı işıqda durmuşuqsa, arxadan verilən siqnallar əsəbləşdirir. Yolu sağdan ötənlər əsəbləşdirir. Piyadalar əsəbləşdirir. Yol qaydalarını bilmirlər, yol verəndə, nazlana-nazlana keçməkləri əsəbləşdirir.

Əbdül Xalid: Telefona zəng gələndə əsəbləşirəm.

Gülyaz Məmmədova: Avtobil idarə edəndə yol keçidləri insanlara yol göstərir. Onları nəzərə almalıyıq ki, insan keçir və asta sürmək lazımdır. Bundan çox narazıyam. Bir də dayanıram, görürəm ki, yanımdakı dayanmır keçir.

Yaşar Cəlilov: Çox şey. Sürücülərin savadsızlığı, yol hərəkəti qaydalarını bilməmələri. Sol cərgə ilə irəliləyərək arxadan gələnə yol vermirlər. Sağını, solunu gözləyən olmur. Baş rola yol verən olmur.

Fatimə Fətəliyeva:  Bugünkü zəmanədə ən çox əsəbləşdirən odur ki, tıxaca görə istədiyim yerə vaxtında çata bilmirəm. Məni ən çox əsəbləşdirən odur.

Öncəki xəbərNövbəti xəbər