Müsahibə, Texnologiya, ZZ-Manşet

“Süni intelekt məhsulları hamının istifadəsinə çevrilib”

araz-yusif

“Bütün sosial şəbəkələrdə süni intellekt məhsullarından istifadə olunur”

Bu sözləri GSR.fm-ə müsahibəsində deyən texnoloq Araz Yusifov süni intellektin indiki dövrdəki rolundan danışıb. O bildirib ki, bu sistemlərin yaranması prosesi 60-70 il əvvələ dayanır və indiki dövrə qədər gəlib çıxıb.:

“Süni intellekt informasiyanın bir sahəsidir. Əsas məqsəd hesablama maşınlarının mümkün qədər insanın şüurlu hərəkətlərinə əsasən müəyyən əməliyyatların həyata keçirilməsini təmin etməkdir. İlkin dövrlərdə hesablama maşınları ancaq hesablama qurğuları kimi başa düşülürdü, ancaq ümumi informatika nəzəriyyəsində informasiyanın yalnız ədədlərdən ibarət olunmadığını qədim dövrlərdən bəzi alimlər bilirdi. Müasir dövrümüzdə informasiyanın bütün növləri kompüterlər vasitəsi ilə emal oluna bilir. Emal olunma prosesi informasiyanın bir formadan digər formaya keçməsidir, amma bu proseslər şüurlu hərəkətlərə uyğun şəkildə sistemlər əsasında həyata keçirilir. Bu sistemlərin yaranması prosesi 60-70 il əvvələ dayanır və günümüzə qədər də gəlib çıxıb. Təbii dilin anlaşılması,vizual təsvirlərin tanınması və qərar verməyə təsir istiqamətləri geniş yayılıb. Süni intelekt məhsulları artıq hamının istifadəsinə çevrilib. Təbii dili anlayır və ona uyğun şüurlu şəkildə cavablayır.Verilənlərin emalı da süni intelektin tətbiqlərindən biridir”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.