Sosial, Xəbərlər, ZZ-Manşet

Şuranın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

unnamed

Məlumat üçün bildirmək istərdik ki, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi uğurla icra olunub.

Birliyin mətbuat xidmətindən GSR.fm-ə verilən məllumata görə, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Artıq layihə çərçivəsində Quba, Şabran, Füzuli və Beyləqan rayonlarında uşaq və gənclərin, müəllimlərin, valideynlərin və psixoloqların iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib və rəsm müsabiqəsinə yekun vurulub.

Bu məqsədlə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı çıxış edərək, belə bir aktual məsələyə həsr olunan layihəyə dəstək verdiyinə görə Şuraya öz təşəkkürünü bildirib, layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, rəsm müsabiqəsi ilə bağlı elan verilib və 100-ə yaxın rəsm yığılıb ki, iki yaş qrupunda I, II və III, həmçinin 14 xüsusi fərqləndirici  yerlər üzrə rəsmlər seçilib.

Layihənin eksperti Asəf Kərimov rayonlarda keçirilən tədbirlər və müsabiqədə seçilən rəsmlərin mövzuları barədə ətraflı məlumat verib, slaydlar nümayiş olunub və qalib elan olunan rəsmlər tədbir iştirakçılarına göstərilib.

Tədbirin sonunda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.