Siyasət, ZZ-Manşet

Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

suriyaSuriya ordusu “İslam Dövləti”nin Rakka şəhəri ərazisindəki mövqelərinə bir neçə hava zərbəsi endirib. Nəticədə 53 nəfər ölüb, onlardan 31 nəfəri dinc sakindir.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “İnsan hüquqlarının monitorinqi” təşkilatının rəhbəri Rami Abdel Rəhman bildirib.

“Biz 31 dinc sakinin ölüm faktını qeydə aldıq, onlardan 5-i qadın, 3-ü isə uşaqdır”, deyə Rami Abdel Rəhman bildirib.

Ordunun zərbələri nəticəsində daha 15 terrorçunun və 7 naməlum şəxsin öldüyü bildirilir.

Bundan əvvəl Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.