Cəmiyyət

Suyun da saxtası olurmuş

Bakı sakini:

Mən istifadə  eləmirəm, onun  keyfiyyətinə də  inanmıram. Ona  gorə də  heç  uşaqlarıma da, qohumlarıma da qoymaram istifadə etsinlər.  Ən  doğrusu , özüm  onlar  üçün  şirə  düzəldirəm.

Bakı sakini:

Küçədə  su almağa  yaxşı  baxmıram,  təbii sulara  üstünlük  verirəm

İstehlakçılara təqdim edilən suların keyfiyyətindən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da narazıdır.

Eyyub Hüseynov:

Bütün  brend  suların  və digər  suların  saxta   variantı mövcuddur.   Bizim  tədqiqatlarımız  göstərir ki, bəzən  saxta  suları  belə  istehlakçıların  özləri  istehsal edirlər  və  bura  kənardan   qeyri-qanuni  istehsal edənlər də  qoşulur. Qiymətlərdə  böyük  problem  var,  biz,  suni  qiymət  artımına  qarşı  mübarizə  aparırıq.

Dövlət Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə   müdiri  Ziyəddin Kazımov  deyir ki, sular qaydalara uyğun saxlanılmadığından keyfiyyətində problemlər yaranır:

Ziyəddin Kazımov:

Bu günləri  bütün  ticarət  mərkəzlərinin  əksəriyyətində   qablaşdırılmış,  qazlaşdırılmış  sular  deyək ki, 1 litrlik ,  yarım  litrlik sular  açıq  gunəş şüəalrı  altında   ticarət  şəbəkəsinin  qarşısında  saxlanılır   və  vətəndaşa  satılır. Bizim  tövsiyyəmiz  odur ki,  şəraiti  olmayan  yerdə  n  qazlaşdırılmış, nə də  qazsızlaşdırılmış sudan istifadə etməsinlər.

Keyfiyyət bir tərəfə, söhbətləşdiyimiz Bakı sakinlərindən bəziləri marketlərdə 20 qəpiyə satılan adi, qazsız suların küçələrdə, xüsusilə paytaxtın mərkəzində 40 qəpiyə (BAHA??????) satıldığından gileyləndilər:

Bakı sakini:

Dükanda olan   su 20 qəpikdirsə, küçədə  onu  40  qəpiyə  satırlar

Bakı sakini:

Üstündə  yazılıb  20 qəpik  baxırsan ki,  yerindən asılı olaraq,  şəhər  tərəfdə 50 qəpik hətta 1 manat, 1manat 50 qəpiyə satılır.

Su  həyat  mənbəyidir, yaşamı susuz  təsəvvür etmək  mümkün deyil , amma baxır hansı su (????). Su  var  həyat,  su  da var  ölüm  mənbəyidir.
Könül Abbasova
Alim Elbrus

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.