İctimai Fikir, ZZ-Manşet

Tahir İmanov: “Boks üzrə Avropa Oyunlarına qatılmaq istərdim”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

12-28 iyun tarixlərində Bakı 2015 Birinci Avropa Oyunları keçiriləcək. Avropanın müxtəlif ölkələrindən bu tədbirə qatılan idmançılar ümumilikdə 20 idman növü üzrə yarışacaqlar. Biz də GSR.fm olaraq bu həftə məşhurlara “Hansı idman növü üzrə Avropa Oyunlarına qatılmaq istərdiniz?” sualı ilə müraciət etdik.

Tahir İmanov: Boks idman növündə. Xoşuma gəlir boks. Əsl kişilər üçün idmandır. Özüm də peşəkar şəkildə olmasa da, bir az boksla məşğul oluram.

Murad Arif: Tamaşaçı olaraq ancaq futbol idman növü üzrə maraqlanıram. Yerdə qalan növlər mənim üçün çox da maraqlı deyil. Bacarsaydım mən arzulayardım ki, yaxşı üzgüçü olum. Avropa Oyunlarından danışırıqsa, yəqin ki, bacarsaydım, üzgüçülükdə iştirak edərdim.

Oksana Rəsulova: Çox istərdim ən sevdiyim idman növü gimnastikaya qatılım. Orada iştirak edim. Təbii ki, bu mümkün deyil. Amma pərəstişkar kimi gəlib öz idmançılarımıza dəstək verməyə hazıram.

Kənan MM: Uşaq vaxtından döyüşə həvəsim olduğu üçün mən boksa üstünlük verərdim. Çünki sırf kişiyə məxsus idmandır. Bir də Azərbaycan xalqı döyüşə hazır olduğu üçün, heç vaxt döyüşdən qorxmadığı üçün o baxımdan boksu istəyərdim. Amma çox təəssüf ki, zamanında məşğul olmadım buraxdım.

Ədalət Şükürov: Stolüstü tennis, bir də güləş.

Dilarə Əliyeva: Mən üzgüçülük üzrə qatılmaq istərdim. Mən belə üzməyi yaxşı bacarıram. Həm də ki, idmanın bu növünü daha çox sevirəm.

İlqar Muradov: Vallah, bütün idman növlərinə həvəsim var. İmkan olsa, hansı idman növü olursa-olsun mən orada iştirak edəcəm. Amma ümumiyyətlə, axır vaxtlar boksa üstünlük verirəm.

Tacir Şahmaloğlu: Sərbəst güləşə qatılardım. Mən səkkiz il sərbəst güləşçi olmuşam. Ən xoşladığım sərbəst güləşdir.

Xumar Qədimova: Mənim üçün ən yaxşı idman növü futboldur. Futbolu çox sevirəm. O da olmayacaq. Bir də velosiped sürməyi çox sevirəm. Yəni özüm də idman növü kimi istifadə edirəm.

Öncəki xəbərNövbəti xəbər