GSR TV, Reportaj, ZZ-Manşet

Tamaşa zalı olmayan teatr

Bura Heydər Əliyev adına Tiblisi Dövlət peşəkar Azərbaycan Dram teatrıdır. 1873-cü ildə yaradılan teatr 1947-ci ildə fəaliyyetini dayandırıb. 2004-cü ildə isə teatra dövlət statusu verilib. İndi isə məqsədimiz sizi Gürcüstanda Azrbaycan mədəniyyətini təmsil edən bu teatrin indiki vəziyyəti ilə taniş etməkdir.

Binanın xarici görünüşü fərqli təəsürat yaratsa da, içəridə vəziyyət tamam başqadır. Teatrın rejissoru, direktor müavini Namiq Hacıyevin sözlərinə görə, On ildən artıqdır bu teatrda çalışır və bu illər ərzində teatrda hansısa təmir- bərpa işlərinin aparılmadığını bildirir.

Bina turistlərin tez-tez ziyarət etdiyi ünvanda, müsahibimizin təbrincə desək, Tbilisinin gözündə yerləşdiyi üçün bu illər ərzində Tbilisi şəhər meriyası tərəfindən binanın yalnız xarici hissəsi təmir edilib.

2004-cü ildə Gürcüstan höküməti tərəfindən imzalanan sərəncama əsasən Qorqasali 1 ünvanında yerləşən bu bina bütünlüklə Tbilisi Dövlət Azərbaycan Dram teatrının ixtiyarına verilib. Lakin, hazırda binada gürcü və erməni olmaqla 16 ailə yaşayır, eyni zamanda burada bar, restoran, milli çalğı alətləri muzeyi, çaxır mağazası fəaliyyət göstərir. Ümumilikdə 4000 kvadrat metri əhatə edən binanın yalnız 700 kv metri teatrın ixtiyarındadır.

Müntəzəm olaraq tamaşaların səhnələşdirilməsi üçün şərait, istifadəyə yararlı tamaşa zalı olmadığından Tbilisi dövlət Azərbaycan Dram teatrı ildə yalnız 2-3 dəfə premyera keçirə bilir.

Namiq Hacıyev:
Təsəvvür edin ki, tamaşaları hazırlayırıq və premyeraya çatanda başqa zal axtarışında oluruq. Bu barədə biraz çətinliklərlə üzləşirik. Təbii ki, teatrın büdcəsi buna həmişə imkan vermir. Bu sahədə Gürcüstan mədəniyyət Nazirliyinin bizə dəstəyi olur, bəzən köməklik edirlər bu sahədə.

Müsahibimizin sözlərinə görə, onlar teatrın istifadəyə yararsız olması ilə bağlı dəfələrlə Gürcüstan prezidenti, Gürcüstan baş naziri, Gürcüstan Mədəniyyət naziri, Azərbaycan Respublikasının səfirliyinə müraciət etsələr də, məsələ ilə bağlı müsbət cavab ala bilməyiblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən onlara verilən məlumata görə, Gürcüstan höküməti burada məskunlaşan ailələri, müxtəlif strukturları köçürməlidir, bundan sonra Azərbaycan tərəfi binanı yenidən təmir etməyə hazırdır. Amma Gürcüstan höküməti son cavabında belə bir imkanının olmadığını bildirib.

Namiq Hacıyev:
Bu eyni zamanda Gürcüstan mədəniyyət Nazirliyinə də bağlıdır deməkdir. Bura Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşir, onlar bizə maliyyə ayırırlar. Onu da qeyd edim ki, yeni təyin olunan nazir bizim teatra gəlib, tamaşamıza baxıb, müəyyən dəstəyin olacağı ilə bağlı söz də verib. Ancaq baxaq söz verənlərimiz çox olub.

Namiq Hacıyev Gürcüstandakı digər əcnəbi teatrlarla Azərbaycan Dram Teatrının vəziyyətini müqayisə edir. Onun sözlərinə görə, çalışdığı teatrın illik büdcəsi 160 min lari olduğu halda, Tblisidə -Ablavaridə yerləşən Tbilisi Dövlət Erməni Dram teatrına Gürcüstan Mədəniyyət Nazirliyinin ayırdığı büdcə 300 min laridir.

Buradakı Rus Dram Teatrı da həmçinin həm Rusiyadan, həm Gürcüstan hökümətindən dəstək alır.
Namiq bəyin sözlərinə görə, teatrda çalışan 12 nəfər aktyor var. Onların məvacibləri isə olduqca aşağı olduğu üçün (320-400 lari) əksəriyyəti ikinci iş yerində çalışmağa məcbur olur.

Gürcüstan tərəfinin məsələ ilə bağlı hazırkı mövqeyi, Nazirliyin bu sahədə gördüyü işlər haqqında məlumat əldə etmək üçün Gürcüstan mədəniyyəti və abidələrinin qorunması Nazirliyinə göndərdiyimiz sorğu cavabsız qaldı. Üz tutduğumuz ikinci ünvan- Gürcüstan milli-mədəni irsin qorunması agentliyindən də sualarımızı cavablandıran olmadı.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.