İdman, ZZ-Manşet

Tanınmış bokusçu rinqdə öldü

260485Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüş zamanı aldığı zədələrdən dünyasını dəyişib.
GSR.fm Qaynarinfo-ya istinadən xəbər verir ki, qarşılaşma cümə axşamı Qlazqo şəhərində keçirilib. Touell görüşün beşinci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib. Daha sonra tibbi personalın yardımı ilə xəstəxanaya aparılıb.
Boksçunun meneceri məlumat verib ki, idmançı ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü o, 26 yaşında vəfat edib.
Mərhum boksçu, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə olmaqla 11 qələbə qazanıb.
Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.