Cəmiyyət

“Tarif Şurası yaşayış səviyyəsini nəzərə almır”

Yolumuz Pirallahı adasınadır. “Koroğlu” metrostansiyasının yanından  150 saylı avtobusa minirik. Bu adaya gedən yeganə marşrutdur. Təxminən 10-12 dəqiqə gözlədikdən sonra nəhayət avtobus yola düşür.

Pirallahı Xəzər dənizinin  Abşeron körfəzində   yerləşənən böyük adadır. Adanın sahəsi təqribən 15 km², uzunluğu 12 km, eni isə 4 km-dir. Ada 1936-cı  ildə inqilabçı Fyodor Sergeyevin şərəfinə “Artyom adası” adlandırılsa da, 1990-cı  ildə köhnə adı bərpa edilərək  yenidən Pirallahı adlandırılır.

sekil-9
Pirallahı adasına gedən yol

Avtobus Türkan, Qala , Zirə kəndlərindən  keçir və təxminən bir saat yarımdan sonra gəlib son dayanacağına – Pirallahı adasına çatır.

Avtobusdan düşərkən  sürücü bizə ilk dayanacaqda (“Koroğlu” metrostansiyasının yanı) mindiyimiz üçün adambaşına 80 qəpik ödəməli olduğumuzu bildirir.

Gediş haqqını ödəyib adanı gəzməyə başlayırıq.

Rast gəldiyimiz ada sakinlərinin əksəriyyəti Bakıdan buraya gələn150 saylı avtobuslarda gediş haqqının yüksək olmasından şikayətlənirlər.

sekil-7
Ada sakinləri

-Marşrut indi elədir ki, məsafə 50 km yoldur,80 qəpik belə götürəndə bəlkədə heç çox deyil, amma əhalinin yaşayış səviyyəsini nəzərə alsaq problemdir. İndi söz-söhbət gedir qiymətlərin biraz da artırılması gözlənilir.Mənə elə gəlir ki, Tarif Şurası o qiymətlərə baxanda əhalinin yaşayış səviyyəsini nəzərə almır, əhalinin yaşayış səviyyəsini nəzərə alsa onda gərək qırx qəpik eləsinlər.

-Narazı deyiləm, yaxşıdır hərhalda, amma pensiyaya görə narazıyam. Pensiyanı çox az verirlər. Həm çatmır, həmdə bunun ev pulu, işıq pulu.

-80 qəpikdir olmağına, bilirsiz, yol da uzaqdır, onları da düşünmək lazımdır. Düzdür, 80 qəpik bahadır, deyə bilərəm düzdür, amma yenədə də. Benzin də deyirlər qalxır, bəlkə ondan da qalxacaq yuxarı, amma ondan yuxarı qalxmağı artıq yeri yoxdur.  

– İmkanı olanlar üçün yaxşıdır, imkanı olmayanlar üçün pis ola bilər. Məcburuq  da, istifadə edirik də.

150 saylı marşrutdan istifadə etməyə məcbur olan Aynurəni də narahat edən əsas problem budur. Bakı Dövlət Universitetinin tələbəsi Aynurə deyir ki, bacısı da ali təhsil aldığına görə, valideynləri onlara hər gün yolpulu çatdırmaqda çətinlik çəkir.

Aynurə:

Yolpulu çox bahadır, 80 qəpik. Məsəlçün 2 gün dərsə getmək üçün ən azı 5 manat evdən götürmək lazım olur. Aya hardasa yeməkpulundan əlavə ancaq yolpuluna 60-70 manat pul çıxır. Bir evdən 2 uşaq təhsil almağa gedirsə hardasa 150 manat hələ yolpulu. Bacım da təhsil alır, mən də. 2 günə anam 5 manat pul verə bilir mənə, onu da güclə çatdırıram.

Aynurə avtobusların dayanacaqdan gec çıxmağından və yavaş sürətlə hərəkət etməyindən də narazıdır. O deyir ki, bu onların yollarda çox vaxt itirməsinə səbəb olur. Dərsləri səhər saatlarında başlayan tələbələr üçün isə vəziyyət daha da ağırdır.

sekil-10
Aynurə nəqliyyat problemlərindən danışır

Aynurə:

Səhər smeni oxuyan uşaqlar lap əziyyət çəkir. Səhər dərsə getmək üçün, 9-un yarısı dərsdə olmaq üçün ən azı  5-də uşaq durmalıdır. Artyormun özündən axrıncı dayanacağa qədər çox ləng gedirlər. Hardasa 5 dəqiqləlik yolu  25 dəqiqəyə gedirlər. Hardasa 40 dəqiqəlik yolu 2 saata biz gedib Koroğlu metrosuna çatırıq.

Eyni problemlərdən əziyyət çəkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ləman isə avtobuslardakı sərnişin sıxlığından danışır.

Ləman:

Pirallahı nəqliyyatının həm xərci çoxdur, gedişhaqqısı və bizim vaxtımız çox itir bu nəqliyyatda. Və həmin nəqliyyat adamları çox toplayayır, halbuki o, Pirallahıda adamları toplayıb Koroğluda saxlamalı olduğu halda o, Türkanda, Qalada, Zirədə, Hərbi şəhərcik adlı yer var orda saxlayır adamları toplayır.

Sözügedən problemlərlərlə bağlı 150 saylı avtobusların məxsus olduğu “Transqeyt” şirkəti ilə əlaqə saxladıq. Şirkətin direktor köməkçisi Samir Hüseyov Gənclərin Səsi radiosunun yazılı sorğununa cavab olaraq bildirir ki, 150 saylımarşrut üzrə 14 avtobus 16 dəqiqəlik intervalla hərəkət edir. Gediş haqqı isə Azərbaycan Respublikası Tarif Şurasının təyin etdiyi qiymətlər üzrə müəyyən edilib. Verilən məlumata görə, “Transqeyt” MMC-yə son 6 ay ərzində 150 saylı marşrutun fəaliyyəti və gediş haqqı  ilə bağı Pirallahı qəsəbəsinin sakinləri tərəfindən  heç bir  şikayət və müraciət məktubları daxil olmayıb.

sekil-2
Məlumat paneli

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tarif Şurasının son qərarına görə, şəhərətrafı və qəsəbələrarası ərazilərdə 50 km-dən yuxarı məsafələr üçün gediş haqqı 80 qəpik müəyyən olunub.

Hüquqşünas Vamiq Şükürov uzaq məsafədə  yaşayan və dövlət universitetlərində təhsil alan tələbələrin təqaüdlərini artırmaq və belə ailələrə kompensasiya ayırmaqla məsələni həll etməyin mümkün olduğunu qeyd edir. Amma …

Vamiq Şükürov :

Yəni bunu etmək olar, nəqliyyat xərci kimi. Amma mən ümumilikdə götürdükdə nəsə buna inana bilmirəm ki, bunlar belə bir şey etsinlər, çünki o qədər də real məsələ görünmür. Bunun mexanizmini açıb demək olar ki belə eləmək olar, kompensasiya yolu ilə eləmək olar, təqaüdü artırmaq olar, kredit sistemi qurmaq olar,daha yaxşı oxuyan tələblərə bunu eləmək olar. amma yəni mən şəxsən digər qlobal əhəmiyyətli problemlərin yanında bunun səlahiyyətli orqanlar tərəfindən problem olması və həll olunmasına inamıram. Yəni onlar üçün bu problem deyil.

Öncəki xəbərNövbəti xəbər

16 şərh

  1. I’ve been surfing online more than three hours today, yet I never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my view, if all web owners and bloggers made
    good content as you did, the net will be a lot
    more useful than ever before.

  2. I am extremely impressed together with your writing abilities and also with the layout
    for your blog. Is this a paid theme or did you customize it yourself?
    Anyway stay up the excellent high quality writing, it is uncommon to look a great blog like
    this one these days..

  3. Hello! Quick question that’s totally off topic. Do you know how to make
    your site mobile friendly? My web site looks weird when browsing from my apple iphone.

    I’m trying to find a template or plugin that might be able to fix this problem.
    If you have any suggestions, please share. Thank you!

  4. Nice post. I was checking continuously this blog and I’m impressed!
    Very useful information particularly the last part 🙂 I care for such information much.
    I was seeking this certain info for a long time.
    Thank you and best of luck.

  5. Wonderful website you have here but I was wondering
    if you knew of any user discussion forums that cover the same topics discussed
    here? I’d really like to be a part of community where I can get responses
    from other knowledgeable people that share the same interest.

    If you have any recommendations, please let me know.
    Cheers!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.