Magazine, ZZ-Manşet

Tarık Akan və Kamal Sunal küsülü imişlər

kemal“Yeşilçam”ın ustad aktyoru Tarık Akanın ölümündən sonra söz-söhbətlər bitmir.

GSR.fm-in Axşam.az-a istinadən verdiyi məlumata görə, Türkiyə mətbuatında aktyorun həmkarı Kamal Sunalla olan küsülülüyü haqda da yazılıb.

“Hababam sınıfı”nda birgə rol alan aktyorlar çox yaxın dost olublar. Lakin T.Akan illər öncə bir müsahibəsində artıq dünyasını dəyişmiş K.Sunalla küsülü ayrıldıqların açıqlayıb:

“Çox təəssüf ki, Kamalla küsülü ayrıldıq. İlk dəfə aramızda çox ciddi bir şey oldu. Heç zaman bu qədər ciddi olmazdıq… Mən də ciddiləşdim, o da və bir anda dostluğumuz bitdi. Eyni masada otururduq, amma bir-birimizdə danışmırdıq. Amma mənə görə bu, müvəqqəti idi və belə davam edə bilməzdi. Sadəcə, bir-birimizə verdiyimiz bir cəza idi. Səbəblərimiz önəmli idi, amma bu barədə danışmaq istəmirəm. Çünki Kamalı çox yaxşı tanıyıram. Bu qədər yaxşı tanıdığım insanın dəyişməsi məni narahat etdi və tənqid etdim. O da dözə bilməyib əsəbiləşdi. Sonra dialoqlarımızı kəsdik… Kamal çox gözəl bir dost idi… Çox darıxırıq… Çox darıxıram Kamal üçün”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.