Xəbəriniz olsun, ZZ-Manşet

Tarixi abidə həvəskarları üçün görməli yerlər - Xəbəriniz Olsun

Yay fəsli həm də istirahət fəslidir. İstirahət üçün xarici ölkələrə səfər edənlərin bəzilərinin marağı tarixi abidələrədir. GSR.fm tarixi yerləri ziyarət etməyi xoşlayanlar üçün bir neçə şəhərin simvoluna çevrilən tikililər haqqında məlumatı paylaşır:

Kız Kulesi
Qız Qalası (İstanbul)

İstanbulun simvollarından biri sayılan Qız Qalası Bosfor boğazında, kiçik bir adada tikilib. Hündürlüyü 54m 40sm-dir. Osmalı dövründə nümayiş platformasından, müdafiə qalasına, sürgün stansiyasından, gecələr keçən gəmilər üçün mayaka qədər bir çox funksiyaları yerinə yetirib. Qala 2000-ci ildən restoran kimi fəaliyyət göstərir.

Piza qülləsi
Piza qülləsi

Piza qülləsi İtalyanın Piza şəhərində yerləşir və görünüşünə görə “Yıxılan qüllə” adını qazanıb. Binadakı sonradan çökmə, mühəndisləri onu bu formada saxlamağa məcbur etdi. Çox güman, əvvəlki kimi düz etmək də olar. Amma görünüşü korlamamaq üçün mühəndislər 250 illik bərkitmə ilə qülləni bu cür saxlayırlar. Qüllənin ən alçaq tərəfinin hündürlüyü 55,86 metr və ən yüksək tərəfi isə 56,7 metr hesablanıb. Piza qülləsinin yıxılma meyliliyi hazırda da durmadan yoxlanılır. 15 dekabr 2001–ci ildən qüllənin qapıları turistlər üçün açıq elan edilib.

London qalası
London Qalası

London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilib. Buna görə də, qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası var. Qəsrdə uşaqlar üçün oyun aparatları quraşdırılıb. Məqsəd uşaqlarda maraq yaratmaqdır. Axı, hər şeyi canlı görmək onu yaddaşda daha möhkəm saxlamağa kömək edir.

Parfenon məbədi
Parfenon məbədi

Parfenon məbədi e.ə 447-438-ci illərdə inşa edilib. Məbəd Afinanın mərkəzində memarlıq abidələri ilə zəngin açıq muzeydir. Yunanıstanın rəmzinə çevrilən bu məbəd antik mədəniyyətin nümunələrindən biridir. Yunan memarlığının ən böyük əsəri hesab edilən Parfenon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin zirvəsi kimi qəbul edilir.

Porta Niqra
Porta Niqra

Almaniyanın tarixi tikililərindən biri Porta Niqra Trier şəhərinin simvoluna çevrilib. Romalıların inşa etdikləri bu tikilinin adı latıncadan tərcümədə “qara qapı”  mənasına gəlir. Bu, adı vaxt keçdikcə qaralan daşlarına görə veriblər.  Almaniyada ən qədim müdafiə məqsədli tikilmiş abidələrindən biridir. Bina UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Tac Mahal
Tac Mahal

Tac Mahal Hindistandanın  məhşur tikilisi olub, dünyanın yeddi möcüzəsindən biri hesab edilir. Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın böyük türbələrindəndir. Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə düzülən divarlarda 42 zümrüd, 142 yaqut, 625 briliant, 50-dən çox böyük inci var.

 

Öncəki xəbərNövbəti xəbər