Cəmiyyət

Teatr mövsümü başladı

Bəhruz Əhmədli:

– Vahid Əliyev məni özü ilə apardı Gənc Tamaşaçılar Teatrına. tamaşa gedirdi. Mən də tamaşaya baxdım. Bu, Pantomima Teatırının “Kimdir müqəssir” tamaşası idi. Çox xoşuma gəldi. Və özüm-özümə belə bir şərt qoydumki, mən bu teatrda işləməliyəm – ömrümə bir gün də qalmış olsa. Nəhayət 2005-ci ildə gəldim bu teatra, qalxdım Bəxtiyar müəllimin yanına, Bəxtiyar müəllim məni qəbul elədi.  

Bəhruz Əhmədli deyir ki, Pantomima Teatrını quruluşuna görə başqa teatrlardan fərqləndirən bədən hərəkətləri ilə ,mimika ilə hissələrin ön plana çəkilməsidir.  Bu da Pantomima Teatrının beynəlxalq dilə malik olmasına gətirib çıxarır.

Bəhruz Əhmədli:

– Pantomima Teatrını götürsək, bizdə daha çox emosiyalar, insan hissləri hələ itməyib. Bu da xarici ölkələrdə tamaşaçıların çox xoşuna gəlir ki, onlar bu şeyi daha çox itiriblər.Pantomima Teatrı müəllif teatrıdı. Biz özümüz hansısa bir tamaşanı quranda özümüz ona pyes yazırıq, çünki pantomimaya aid bir pyes yazılmır. Burda sözdən çox bədən danışır, sözümüz bədənlədir.

Hissləri, problemləri bədən üzvləri və mimikalarla cəmiyyətə çatdıran Pantomima Teatrının yaradıcı heyətinin də problemləri az deyil. Bəhruz deyir ki, çəkdikləri əziyyətin müqabilində aldıqları məvacib onların tələbatını ödəmir. Hətta müsahibimizin sözlərinə görə, ailələrini saxlamaq üçün toylarda tamadalıq edən istedadlı aktyorlarımız da var. Bəhruzun özünün də məcburiyyət qarşısında tamadalıq etdiyi dövrlər olub.

Bəhruz Əhmədli:

– Heç kimi qınamaq olmaz. Son bir ilə qədər mən də bu işlə məşqul olmuşam.Olmasaydı belə bir şeylər daha yaxşı olardı. Çünki sən əgər sabahları səhnəyə çıxırsansa, toyda başına gələn hadisələr, toyda olan o atmosfer, o hallar sənin istər-istəməz gözündən axır ekranda. Gözündən o belə sanballı,belə bir vuqar axmır aktyorun gözündən. Toylarda biz gedib ucuzlaşırıq ki, bunu ekrana da gətiririk bu olmasa daha gözəl olar. Ama olursa neyləmək olar, heç kim ac qalmalı deyil ki, heç kim məcburiyyətsizlikdən heç bir şey etmir.

Pantomima Teatrının direktoru Bəxtiyar Xanızadə də Azərbaycan teatrının problemlərindən danışdı.

Bəxtiyar Xanızadə:

– Teatrın problemləri var. Teatrın problemləri həm professional aktyorların yüksək səviyyədə tərbiyyəsidir, həm rejissuradı, həm teatrın, ümumiyyətlə, perspektividir. Yəni bu bəlliləşməlidir. Repertuar bu baxımdan həll olunmalıdır. 

"Qaranlıq" tamaşasından bir səhnə

Problemlərin çoxluğuna baxmayaraq, ömürlərini teatra bağlayan aktyorlar, rejissorlar hər il teatr mövsümünü səbirsizliklə gözləyirlər. Çünki bu mövsümdə onlar tamaşaçıların görüşünə gəlirlər. Bəhruz da bu mövsümü səbirsizliklə gözləyənlərdəndir. Üstəlik, yeni teatr ilində o ilk fərdi işi olan “Qaranlıq” tamaşasına quruluş verməklə özünü bir daha sübut etmək imkanı qazanıb. Qeyd edək ki, tamaşa məşhur irlandiyalı yazıçı Semuel Bekketin eyni adlı pyesi əsasında yazılıb.

Bəhruz Əhmədli:

– Qaranlıq tamaşası Bekkertin əsərlərinin təsiri altında yazılıb. Əsasən xof üzərində qurulub tamaşa. Tamaşaçını xoflandırmaq, həyəcanlandırmaq, onu kədərləndirmək ,onu sevindirmək. Belə bir şey üzərində əsasən qurulub. Təbii ki, bu ilk mənim baxışımda belə idi və indi demək olar ki, tamaşada söz də var. Belə bir söz var “qaranlıq yaxşıdır, çox qaranlıq çox pisdir” . Bu sözün özü artıq tamaşaçıya nəsə verir, mən istəsəmdə, istəməsəmdə…

Tamaşaçılardan Könül Yaqubova “Qaranlıq” ın onun daxili aləminə necə təsir etməsindən danışdı.

Könül Yaqubova:

– Tamaşa mənim xarakterimə, yaşadıqlarıma uyğun bir tamaşa idi. Düzü mən ağladım hətta tamaşada.İnsan başına nəsə gələndə, pis bir şey olanda daima qaranlığa qaçır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.