Magazine, Xəbərlər, ZZ-Manşet

Teatrda yeni mövsüm açılışı olub

genc-tamasacilar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, tamaşadan əvvəl teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək yenilikləri haqqında danışıblar.

“Multikulturalizm ili” çərçivəsində Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Səhnə əsərinə teatrın gənc rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak ediblər.

Həmin günün axşamı nümayiş olunmuş digər tamaşa – “Məhv olmuş gündəliklər”in isə quruluşçu rejissoru və səhnə tərtibatçısı xalq artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu əməkdar artist Nicat Kazımovdur.

Tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Anar Seyfullayev, İlham Əsədov, Kərəm Hadızadə, Ramiq Nəsirov, Eyvaz İbrahimov və Ceyhun Məmmədov iştirak ediblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.