İqtisadiyyat, ZZ-Manşet

Təbii qazın ixracı 41% azalıb

qaz-shekliDGK yarımillik hesabatı təqdim edib.

Sayğac göstəriciləri əsasında 2014-cü ilin I yarimilliyində 17,03 mln. ton xam neft ixrac olunub.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 13,99 mln. ton, Supsa boru kəməri ilə 2,07 mln. ton, Şimal boru kəməri ilə 0,51 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,45 mln.ton. neft ixrac olunub.

Gsr.fm Oxu.az-a istinadən xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-iyun ayları üzrə hesabatında deyilir.

DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında cari ilin yanvar-may aylarında qaz-kondensatı (BTC boru kəməri ilə) – 1,11 mln.ton, təbii qaz –  4249 025,1 min kubmetr, elektrik enerjisi – 126 734,7 min kVt/s ixrac olunub.

Hesabatda həmçinin gömrük bəyannamələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.

Belə ki, xam neft – 11,82 mln. ton (9,69 mlrd. ABŞ dolları), neft məhsulları – 0,71 mln.ton (508 mln.ABŞ dolları), təbii qaz – 1 145 606 min. kubmetr (196,33 mln. ABŞ dolları) və elektrik enerjisi – 360,09 mln. kVt/s (17,18 mln. ABŞ dolları) ixrac olunub.

Bu da ötən ilin yanvar-iyun ayları  ilə müqayisədə göstərir ki, fiziki olaraq xam neftin – 3,06%-ə, neft məhsullarının – 17,59%-ə, təbii qazın  – 40,68%-ə və elektrik enerjisinin – 0,38%-ə ixracı azalıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.