Müsahibə, Sosial, ZZ-Manşet

“Təklif edirəm ki, şagirdlər üçün mükafat təsis edilsin”

mekteb-basladi

Milli Məclisin (MM) plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilib.

Bununla bağlı EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev GSR.fm-ə müsahibə verib:

“Bu təklif bir neçə ay bundan qabaq təqdim olunanda biz təəccübləndik. Dünyanın heç bir yerində cərimə etməklə uğur əldə etmək olmur. Bugün bir çox avropa ölkələrində siqaret çəkməklə bağlı statistika var. Siqaret çəkilməsinin qarşısını almaqla bağlı olunan təbliğat xarakterli işlərin nəticəsi faiz etibarı ilə tətbiq olunan cərimənin sayından daha effektivdir. Mən təklif edərdim ki, mükafat olsun. Bu uşaqlar məktəbə, dərsə nə üçün gəlmirlər? Biz məntiq üzərindən gedirik, emosional məsələlərə fikir vermirik. Uşaqlar məktəbi artıq bir növ iş kimi görürlər. Bugünkü məktəblilər kursları, məktəbdənkənar fəaliyyəti daha çox sevirlər. Məktəbi ona görə sevmirlər ki, məktəbə əldə etdiklərinin mahiyyətini ya qavramırlar, ya da onları bu mövzuda həvəsləndirəcək bir şey yoxdur. Mən təklif edirəm ki, şagirdlər üçün mükafat təsis edilsin. Məsələn, məktəbdə davamiyyəti 100% olan uşaqları yay məktəbinə göndərmək və ya kompüter, planşet, dil kurslarından 3 aylıq paket hədiyyə etmək olar. Bu artıq məktəblərin, məktəb direktorlarının, Təhsil Nazirliyinin öhdəsində qalır ki, mükafatlandırma sistemini yaratsın. Biz artıq maddi həyata öyrəşmişik, yəni uşaqlar  5 almaq, əlaçı olmaq və bu kimi şeylərin nəticəsini görmədiklərinə görə onlar üçün bunların böyük mahiyyəti yoxdur.  Maddiləşmiş cəmiyyəti mənəvi dəyərlərlə idarə etmək mümkün deyil.”

Rasif bəy həmçinin sms-gündəlik layihəsinə münasibətini də bölüşüb:

“Sms – gündəlik layihəsində biznes marağı yoxdursa, bu çox yaxşı bir şeydir. Şagirdlərin dərsə gəlib-gəlməməsini yoxlamaq üçündürsə, yenə də cərimələmə sisteminə gedəcək. Ona xərclənəcək vəsaiti uşaqları həvəsləndirmək üçün xərcləsələr effekti daha yaxşı olar”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.