Sosial, ZZ-Manşet

“Tələbə baharı” mahnı festivalının qalibləri seçildi

telebe bahari29 aprel 2016-cı il saat 19.00-da Azərbaycan Akademik Milli Dram Teatrında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gəncləri üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması layihənin əsas məqsədləri sırasına da daxildir.

Qeyd edək ki, bu il 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.

telebe_bahri

telebe

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.