Aktual

Telefonunuza reklam mesajlari çox gəlirsə…

Yəqin ki, gün ərzində hamınızın telefonunuza reklam mesajları gəlir. Görəsən, şəhər sakinlərinin reklam mesajlarının göndərilməsinə münasibətləri necədir?

Sorğu:

– Mesajlar çox tez-tez göndərilir, bu da məni bezdirir.

– Məni maraqlandırırsa reaksiya verirəm.

– Münasibətim yoxdur. Lakin, gəlməsə yaxşı olar. Mesajlar mənasızdır.

– Mesajlar boş yerə vaxtımızı aparır.

-Kompaniya haqqında yeni bir məlumat varsa, bu yaxşı bir haldır.

-Çox pis, ona görə ki, yersiz, mənasız oyunlardır.

-Gecə yatmağa qoymurlar. Zəng də etdim dedilər həll edəcəyik.

Hüquqşunas Habil İsgəndərovun sözlərinə görə reklam mesajlarının istehlakçıya göndərilməsi onun hüquqlarının pozulmasıdır. Belə vəziyyət zamanı isə çıxış yolunu göstərən hüquqşünas bu sözləri əlavə edib:

Habil İsgəndərov:

İstehlakçılar birinci növbədə reklam mesajlarının dayandırılması barədə  mobil operator xidmətinə müraciət etməlidirlar.Əgər,onların tələbi yerinə yetirilməzsə,istehlakçılar reklam mesajlarının dayandırılması barədə məhkəmədə iddia qaldıra bilərlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu barədə dəfələrlə mobil operatorlara müraciət edildiyini bildirib. Lakin, mobil operatorların bu məsuliyyəti reklam şirkətlərinin üzərilərinə atdığını da vurğulayıb.

Eyyub Hüseynov:

Birmənalı şəkildə o reklam materialına doğru getməsinlər,o reklam materialını baykot etsinlər.Onlar da görsünlərki,oların göndəriyi mesajlar istehlakçılarda ikrah doğurur.İstehlakçılar o reklam materialının əksinə getsinlər.

Mobil operatorların rəsmi facebook sahifəsində bu məsələdən çıxış yolu isə bu formada göstərilib:

Azərcell mobil operatorunun cavabı: 

8828 nömrəsindən gələn SMS-ləri dayandırmaq üçün ödənişsiz üsul kimi 012-533-01-01 nömrəsiylə əlaqə saxlayıb istəyini bildirə və ya stop yazıb Azercell GSM xidmətinə göndərə bilərsiniz.

 

screen-azercell

“Nar mobile” operatorunun cavabı:

Açar sözlərdən birini STOP, Dayan yazıb həmin nömrəyə göndərmək lazımdır.

screen-nar

Bakcell mobil operatorunun cavabı:

Stop və ya Stop ALL yazıb həmin nömrəyə göndərin.

screen-bakceel-2

Amma bütün bunlara baxmayaraq “Stop”, “Dayan” yazan istifadəçilərə hələ də mesajların gəlməsi ilə bağlı şikayətlər davam etməkdədir. Mövzunu diqqətdə saxlayacayıq.

 

Öncəki xəbərNövbəti xəbər