Düşər-Düşməz

“Televizorda serial və futbol eyni vaxtda göstərilmir”

Bu həftə Aidə Səlimin təqdimatında dinlədiyiniz “Düşər-Düşməz” verilişində Braziliya və onun adətləri haqqında danışıldı.

Braziliyada yasayan Bororo adlı qəbilə hər il yağış mövsümünün son günündə kişi gözəllik yarışı təşkil edir. Bu zaman ən müxtəlif üsullarla kişilər xanımların diqqətini cəlb etməyə çalışırlar. Xanımların kişilərdə diqqət yetirdiyi əsas özəlliklər isə sağlamlıq, dişlərin bəyazlığı, gözün əlvanlığı kimi keyfiyyətlər olur.  Mövsümün son “Düşər-Düşməz”ində isə dinləyicilərə “İnsanlarda ilk olaraq hansı xüsusiyyətə diqqət yetirirsiniz?” sualını ünvanladıq.

Veriliş ərzində müxtəlif Braziliya adətləri, musiqiləri və dinləyici şərhləri səsləndirildi. “Uğura gedən yol” rubrikasında isə futbolçu Pelenin uğur prinsipləri haqqında danışıldı.

Öncəki xəbərNövbəti xəbər