Texnologiya, ZZ-Manşet

Televizorlarda “Skype” xidmətinin dəstəyi dayandırılacaq

skype“Microsoft” korporasiyasının rəsmisi texniki dəstək saytında bəyan edib ki, televizorlarda “Skype” internet telefoniya xidmətinin dəstəyi 2016-cı ilin iyunundan dayandırılacaq.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, nəticədə televizorlarda sözügedən xidmət üçün yeniləmə buraxılmayacaq və artıq hesab yaratmaq mümkün olmayacaq. Televizora qurulmuş “Skype” televizor istehsalçısı bu proqramı silməyənə kimi işləyəcək.

Xatırladaq ki, 2010-cu ildən “Skype” xidməti müxtəlif istehsalçılara məxsus televizorlarda dəstəklənir. Amma illər sonra istifadəçilərin əksəriyyəti mobil qurğu və ya kompüterlərində “Skype” xidmətindən istifadə edirlər. Nəticədə proqram nəhəngi diqqəti mobil bazara yönəltmək istəyir.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra generic

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.