Sosial, Xəbərlər, ZZ-Manşet

Terrorda ölənlərin sayı 44-ə çatıb

teror

Dekabr 10-da Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 44-ə çatıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlayıb. O bildirib ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Yaralanan 140-dan çox insan xəstəxanalarda müalicə olunur.

Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib.

Öncəki xəbərNövbəti xəbər