Müsahibə, Sosial, ZZ-Manşet

“Texniki peşə məktəblərinin fəaliyyəti artırılmalıdır”

shamil-sadiq

Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb.

Bununla bağlı filalogiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq GSR.fm-ə müsahibə verib. O bildirib ki,  uşaqların təhsildən yayınmasının əsas səbəblərindən biri rayonlarda baş verən hadisələrdir:

“İcbari təhsildən yayınmalar çox önəmli mövzudur.  Xüsusilə, cənub rayonlarında beş-altıncı sinifdən sonra məktəbə buraxmırlar, bu da qızların tez ərə verilməsi ilə bağlı olur. İkinci səbəb oğlan uşaqlarının işləməsi ilə əlaqədar ola bilər. Bu da təbii prosesdir. Amma hazırda məktəblərdə elə bir vəziyyət var ki, hamı on bir illik təhsili bitirməlidir. Çox az hallarda olur ki, doqquzuncu sinifi bitirib, şəhadətnaməni alıb getsinlər. İndi hamı universitetə sənəd vermək eşqi ilə yaşayır. O uşaqların da azad olmaq, iş həyatına atılmaq imkanları olur. Sadəcə olaraq, bu problemlər ondan yaranır ki, uşaqlar ailələrinə kömək etmək məcburiyyəti ilə işləməli olurlar. Bunun qarşısının alınması üçün  texniki peşə məktəblərinin fəaliyyəti artırılmalıdır. Düzdür, bu istiqamətdə addımlar atılır, amma hələ də qənaətbəxş deyil. Bu məktəblərin fəaliyyətinin genişləndirilməsi  həm uşaqların işləməsinə, həm də oxumasına şərait yaradacaq”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.