Reportaj, ZZ-Manşet

“Tez-tez alış-veriş etdiyimə görə ailəmlə problemlər yaşayıram” - Reportaj

Bəzi insanların hər şeyləri olsa belə daim alış-veriş etməyə ehtiyac duyurlar. Onlar son qəpiklərini belə heç düşünmədən alış-verişə verir və gördükləri hər şeyi almaq istəyirlər. Belə tinsanlar öz iradəsinə qalib gələ bilmədikləri üçün şopoqolik adlanırlar. Onlar özlərini yaxşı hiss -etmək və diqqət mərkəzində olmağı sevdikləri üçün hər zaman alış-veriş edirlər.

GSR.fm Kishi Magazine-ə istinadən xəbər verir ki, təkcə Amerikada 17 milyon əhali  alış-veriş aludəçisidir və bu xəstəliyə görə onlar öz həyatlarını və maddi vəziyyətlərini təhlükəyə atırlar. Azərbaycanda da şopoqoliklərə rast gələ bilirik.

Şoppinqə həvəs göstərən, çoxlu geyimlər almağı xoşlayan 22 yaşlı Fərid Şahverdiyev deyir ki, kefim olmadığı zaman əhvalımı qaldırmaq üçün şoppinq edirəm:

“Özümdən asılı olmayaraq, həmişə yaxşı və səliqəli görünmək üçün  yeni geyimlər almağa çalışıram. Hər ay paltar almaq üçün müəyyən büdcə ayırmağa çalışıram. Fərqli geyimlər geyinməyə üstünlük verməyi xoşlasam da, bəzən elə olur ki, çox bəyəndiyim üçün bir geyimin müxtəlif rənglərini də alıram. Hər fəslin öz dəbi olduğu üçün onlara uyğun qardirobumu dəyişməyi sevirəm. Bir gündə geyindiyim geyimi növbəti gün geyinməyi xoşlamıram”.

Şopoqoliklər üçün kredit kartlarından istifadənin təhlükəli olduğunu bildirən Fərid deyir ki, maddi çətinliyə düşməmək üçün nəğd ödənişə üstünlük vermək daha sərfəlidir:

 “Hətta əvəllər bəzi kartlar vasitəsi ilə kredit alırdım, ancaq zaman keçdikcə maddi cəhətdən çətinliyə düşürdüm və  bu kartlar sərf etmədiyi üçün daha sonralar nəğd almağa üstünlük verdim”.  

Depressiya zamanlarında özlərini daim yaxşı hiss etmək üçün alış-veriş edən şopoqoliklər büdcəni aşdıqları üçün ailələrin də maddi cəhətdən problemlər yaşayırlar:

 “Tez-tez alış-veriş etdiyimə görə ailəmdə həmişə  problemlər yaşayıram. Ancaq bunun mənim xarakerimdən asılı olduğunu və dəyişə  bilməyəcəyimi düşünürəm. Buna görə də ailəm artıq  bu həvəsimə adət edib və qəbullanıblar.

Ancaq geyimlərim  üçün hər ay xüsusən büdcə ayırıram və hər şeyi düzgün hesabladıqda heç bir problem yaşamıram.

 Gələcəklə bağlı tam olaraq danışa bilmərəm, amma əgər maddi cəhətdən bir gün sıxıntı yaşasam, çalışaram ki, iradəmə qalib gələrək geyimi az alım”.

 

Geyimlərində xarici mühitin təsirindən danışan Fərid deyir ki, rəqabət insanlara görə dəyişir:

“Bəziləri geyim üçün digər şopoqoliklər ilə rəqabətə girirlər , amma mən heç vaxt geyim üçün başqalarına önəm vermirəm. Bəlkə də nə vaxtsa rəqabətə girmişəm, amma uduzacağımı da düşünmürəm”.

Şopoqolik aludəçiliyinin  mənfi və müsbət təsirlərindən danışan psixoloq Nurlana İsmayılova bu meyilliyin yaranmasını belə izah edir:

   “Şoppinqə aludəçiliyin yaranmasına səbəb,  insanların boş vaxtlarından zövq almaq üçün alış-veriş etməyə üstünlük verməkləridir. Bu məşğuliyyət zamanla aludəçiliyə çevrilir və meyillilik yaradır. İnsanlar psixoloji rahatlığı üçün özlərinə yeni nələrsə alırlar. Əlbəttə, həddindən artıq bədxərclik etmək insan psixologiyasına mənfi təsir göstərir. Daha çox depressiyada olan insanlar özlərini yaxşı hiss etmək üçün alış-veriş edirlər”.

Psixoloq onu da qeyd edir ki, bu aludəçiliyin uşaqlıq dövrlərində valideynləri tərəfindən idarə oluna bilir, ancaq onların yeniyetməlik dövründə  bu həvəs daha da artır və şopoqolik aludəçisinə çevrilir:

    -“Əslində, uşaq vaxtlarından valideynlər uşaqlarını  idarə edə bildiyi üçün bu həvəs yeniyetmə dövrlərində çoxalmağa başlayır. Daha çox gənc yaşında olan insanlar diqqət mərkəzində olmağı və özlərinə fikir verməyi xoşladıqları üçün alış-verişə üstünlük verirlər. Belə ki, bəzi gənclər düşünürlər ki, əgər yaxşı geyinsələr daha çox hörmətli olacaqlar.

Texnologiyanın inkişafı ilə internet- mağazalarının çoxalması nəticəsində,  insanlar onlayn satış və müxtəlif kartlar vasitəsi ilə evdən çölə çıxmayaraq alış-veriş edirlər. Bu da insanların kredit kartlarından istifadəsinə və limiti aşmalarına səbəb olur.

Nurlana İsmayılova Şopoqoliklərdə bu həvəsin azalması üçün bəzi məsləhətlər də verdi:

“Şopoqoliklər öz büdcələrini ayın əvvəlində düzgün tənzimləməyi bacarmalı və şoppinq üçün xüsusi  büdcə ayırmalıdırlar. Onlar çalışmalıdır ki, alış-veriş edən zaman ehtiyacı olanı almalı və ona uyğun pul götürməlidirlər. Boş zamanlarında isə alış-verişdən əlavə   müxtəlif proqramlar hazırlamalı və şopping edərkən nə alacaqları haqqında düşünməlidirlər”.

Mütəxəssislər bildirir ki, alış-veriş etmək insanlara güvən və xoşbəxtlik verir. Lakin atalar sözündə də, deyildiyi kimi, insanı geyiminə görə qarşılasalar da, ağlıa görə yola salırlar.

Hazırladı: Asiman Aslanova

Öncəki xəbərNövbəti xəbər