İdman, ZZ-Manşet

TOPs layihəsinin 5-ci mövsümü başa çatdı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında TOPs layihəsinin 5-ci mövsümünün bağlanış mərasimi keçirilib.

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanov, British Council Azerbaijan təşkilatının direktoru Samr Xia, BC –ın İnsan Resursları üzrə Regional Meneceri Dana Kaufman və Cənubi Qafqaz üzrə direktoru Zaza Purtseladze, UNİCEF Azərbaycanın nümayəndələri Min Yuan və Aida Ailarova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə, Milli Olimpiya Komitəsinin üzvü, İnkişaf Naminə İdman İB – nin sədri Mehman Kərimov, layihəyə qoşulan müəllimlər iştirak ediblər.

Mərasimdə bildirilib ki, 2018-2019-cu tədris ilində Tops proqramına 100 məktəb əlavə olunub. Əlavə olunmuş məktəblərdən TOPs təlimlərinə ümumilikdə 600 nəfərə yaxın müəllim cəlb edilib. Onlardan 400-ü fiziki tərbiyə, 200-ü ibtidai sinif müəllimidir.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki,

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması layihəsinin Azərbaycanda tətbiqinə ilk dəfə 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilib və hal-hazırda bu proqrama qoşulan məktəblərin sayı 250 – ə çatdırılıb. TOPs metodikası həmçinin inklüziv təhsilin inkişaf etdirilməsinə də olduqca yaxşı zəmin yaradan tədris metodikasıdır. Layihənin əsas məqsədləri təlimlər vasitəsi ilə müəllimlərin bacarıqlarının artırmaqla dərslərinin inklüziv, fəal – interaktiv təlim vasitəsi ilə praktiki tədrisinə nail olmaqdır. Fiziki tərbiyə dərslərinin tədrisində 1-ci – 9-cu siniflər üzrə innovativ Tədris Materialları hazırlanması da bir yenilikdir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutlmuşdur. Bu materiallar müəllimlərə dərslərdə daha rəngarəng, inklüziv və mövcud Tədris Proqramına uyğun olaraq çevik dəyişikliklər etmək imkanı verir. Təlimlərdən sonra müəllimlər yeni tədris metodikası ilə daha keyfiyyətli fiziki tərbiyə üzrə açıq dərslər verib və İdman festivalları təşkil ediblər. Bu tədris metodikası ilə keçirilən festivallar və açıq dərslərdən sonra şagirdlərdə fiziki tərbiyə dərslərinə olan maraq müsbətə doğru dəyişib və idmana olan bağlılıq artıb. Ümumilikdə təlimlərdən keçən müəllimlərin sayı 2000 nəfər, layihədən yararlanan şagirdlərin sayı isə 240 000 minə yaxındır. Bu Proqramın növbəti tədris illərində Respublikamızın bütün ümumtəhsil məktəblərində tətbiq olunması nəzərdə tutulur”.

ADBTİA- nın prorektoru Təhminə Tağızadə də çıxış edərək iştirakçılara TOPs layihəsi çərçivəsində Akademiyanın Elmi Tədris laboratoriyasında aparılmış Elmi Tədqiqat işinin nəticələri ilə bağlı məlumat verib.

Layihə çərçivəsində müəllim fəaliyyətinin stimullaşdırılması üçün ötən 2017-2018-ci tədris ili üzrə elan edilən müxtəlif nominasiyalı müsabiqələrin qalibləri təltif edilib.

“İbtidai siniflər üzrə ən yaxşı Açıq Dərs”, müsabiqəsinin qalibi Şamaxı şəhər 2 saylı məktəbin ibtidai sinif müəllimi –Tünzalə Bağırova.
“Fiziki tərbiyə üzrə ən yaxşı Açıq Dərs”, müsabiqəsinin qalibi, Nizami rayonu 242 saylı məktəbin fiziki tərbiyə müəllimi – Asəf Mehdiyev
“Ən yaxşı İdman Festivalı “, müsabiqəsinin qalibi Akademik Z. Əliyeva adına liseyin kollektivi
Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib.

FİKRİNİZİ BİLDİRİN

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.