Xəbərlər

TOPs məktəbləri arasında “Futbol Festivalı” keçirilib

TOPs proqramının V mövsümü çərçivəsində 31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni 2019-cu İl” bayramı münasibətilə “Futbol Festivalı” təşkil edilib.

GSR.fm xəbər verir ki, TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsi “İnkişaf Naminə İdman” ictimai birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə 2014-2015-ci tədris ilindən başlayaraq ölkədə həyata keçirir.

Proqram Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin əsas vəzifələrindən biri də təhsilalanların bədən tərbiyəsi və idmana olan həvəsinin artırılmasıdır. Bu məqsədlə “İnkişaf Naminə İdman” ictimai birliyi milli və beynəlxalq tərəfdaşları ilə birgə müntəzəm olaraq müxtəlif layihələri çərçivəsində bir çox idman festivalları və digər bu kimi rayon, həmçinin şəhər səviyyəli tədbirlər təşkil edir.

Növbəti belə tədbir “TOPs məktəbləri arasında Futbol Festivalı” olub. Festivalın təşkilində digər məqsəd 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının Bakı şəhərində təşkil ediləcək final oyununun təbliğ olunmasıdır.

Futbol festivalında Binəqədi rayonu – 83, 99, 102,115, 135, 143, 244, 248, 276 və 283 № li  məktəblərin şagirdləri  və öz Real Madrid Fondunun sosial futbol məktəbinin idmançıları da iştirak ediblər.  Bakı Tennis Akademiyasında təşkil edilən Festivalda 200 nəfərdən çox şagird bir çox idman fəaliyyətləri ilə öz bacarıqlarını nümayiş etdiriblər.

Festivalı izləyənlər arasında TOPs proqramı üzrə tərəfdaş təşkilatların nümayəndələri, məktəb rəhbərliyi və şagirdlərin valideynləri  də olublar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Layihə indiyədək Azərbaycanının 7 bölgəsindən – Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı – 250 məktəbi əhatə edib.

 

Öncəki xəbərNövbəti xəbər

20 şərh

  1. I do agree with all the ideas you’ve presented for your post.
    They’re really convincing and will certainly work. Still,
    the posts are too quick for newbies. Could you please lengthen them a bit from subsequent time?
    Thank you for the post.

  2. I do agree with all of the ideas you have presented
    to your post. They are really convincing and can certainly work.
    Still, the posts are too quick for newbies. May you please prolong them
    a little from next time? Thank you for the post.

  3. Definitely consider that which you said. Your favourite
    reason appeared to be on the net the simplest
    thing to have in mind of. I say to you, I certainly get annoyed whilst people think about worries that they just don’t know about.
    You managed to hit the nail upon the top as smartly as outlined out the whole thing without having side effect , other people can take a
    signal. Will likely be again to get more. Thank you

  4. Greetings from California! I’m bored at work so I decided to browse your site on my iphone during lunch
    break. I love the knowledge you provide here and can’t wait to take a look when I get home.
    I’m amazed at how quick your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, fantastic blog!

  5. I am really loving the theme/design of your weblog. Do you ever
    run into any web browser compatibility issues? A couple of my blog
    visitors have complained about my website not operating
    correctly in Explorer but looks great in Firefox. Do you have
    any solutions to help fix this problem?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.