Xanım-Xatın

Toy adət-ənənələri: Keçmişdə və indi

“Xanım-Xatın” verilişinin budəfəki efirində “Azərbaycan toyu və adət-ənənləri” mövzusu müzakirə olundu. Qonağımız AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə idi.

O, Azərbaycan toy adət-ənənələrinin tarixi və bu günü, spesifikliyi barədə məlumat verdi. Qonağımız, həmçinin, Azərbaycan və xarici ölkələrin toy adət-ənənələrini müqayisə edərək, bir sıra maraqlı məqamları da diqqətə çatdırdı.

Qeyd edək ki, siz efir ərzində şəhər sakinlərindən götürülmüş sorğunu və sosioloq İlqar Hüseynlinin  müsahibəsini də dinləyə bilərsiniz.

Öncəki xəbərNövbəti xəbər