Müsahibə, Siyasət, ZZ-Manşet

“Trampın seçilməyi gözlənilən idi”

trump

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

Bu barədə GSR.fm-ə millət vəkili Fazil Mustafa müsahibə verib. O, bildirib ki, Donald Trampın prezident seçilməsi mümkün nəticə idi:

“Fikrimcə, Donald Trampın seçkidə fəaliyyəti daha güclü idi. Baxmayaraq ki, sistem müəyyən dərəcədə Klinton üçün çalışırdı. Trampın seçilməyi gözlənilən idi.  Hər halda, iki namizəddən biri arasında  böyük fərq yox idi, ona görə də kimin seçilməyi sürpriz olmadı. İnsanlarda bir az narahatlıqlar, təşvişlər var. Klinton daha sabit bir xəttin davamçısı idi. Trampda isə süprizlər var. Yəni hansı siyasəti həyata keçirəcək hələ bəlli deyil və bir az da qeyri-standart yanaşmalar var. Buna görə hamı gözləmədədir. Donald Tramp yeni prezidentdir, yeni baxışları var. Ola bilsin ki, Yaxın Şərqdə və başqa yerlərdə daha fərqli siyasət yürütsün. Bunu indidən proqnazlaşdırmaq çətindir. Məncə, Yaxın Şərqdə xüsusilə, ABŞ-ın Rusiyaya yönələn siyasətində müəyyən maraqlı təzadlar, danışıqlar baş verə bilər. Düşünürəm ki, Azərbaycanla sabit münasibətlər davam edəcək. Çünki Amerika üçün Azərbaycan  yüzlərlə dövlətlərdən biridir və xüsusi nəyisə dəyişəcəyinə real baxmıram”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.