Sosial, ZZ-Manşet

“TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başa çatıb

turaz3Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başa çatıb.

GSR.fm-in  Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal təlimlərin yekun mərhələsini izləyiblər. Hər iki komandan uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətlərinin böyük təcrübə qazandıqlarını bildirib. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi əminliklə ifadə edilib.

Sonda “TURAZ Şahini – 2016” təlimlərinin iştirakçıları aviasiya bazasının ərazisində xatirə olaraq ağac və gül kolları əkiblər.

turaz10

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.