Aktual, ZZ-Manşet

“Turizmə dövlət dəstəyi lazımdır”

İsti yay günləri yaxınlaşdıqca hər kəs istirahət haqqında düşünməyə başlayır. Bəs görəsən şəhər sakinləri  harada istirahət etməyi planlaşdırırlar?

Bodrumda. Ora yaxşıdır da . Azərbaycan bahaçılıqdır ona görə.

Azərbaycanda ancaq Nabrana gedirəm. Qiymətlər çox  baha olduğuna görə  Türkiyəyə üstünlük verirəm. Çünki Nabranda  bir həftə qalmaq Türkyədə  gedib Antaliyada bir həftə qalmaqdan baha başa gəlir. Xidmət də ondan qat – qat aşağı. Ona görə Türkiyəyə üstünlük veririk.

Azərbaycanın özünün gözəl yerləri  var.  Məsələn  Nabran zonası, Qusardı, Qəbəldi, Zaqatala, Şəkidi. Mən özüm  Masallı, Lənkəran zonasındanam. Lerikdə elə yerlər var ki, gedənlər çox razı çıxış edirlər,  qayıdanda da tərifləyirlər. Antaliyadır, Dubaydır onlar bizdən heç  baha da deyil.

Türkiyədə. Çünki  qiymətlər münasibdir. Otel qiymətləri  və  xidmət  keyfiyyət səviyyəsi  yüksək  olduğu üçün oranı  düşünürəm.

Başqa ölkəyə getmək bir az baha başa gəlir. Ona görə rayonda daha da yaxşı  olar və yaxud  uzaqbaşı Bakıda  elə dənizə  getmək istirahət kimi bir şeydir.

Planda Zaqatala, Batumi. Zaqatalaya çox olar Batumiyə az.  Batumidə  təxmini  bir nəfər üçün  500 olar.

Turizm meneceri Talıb Talıbovun sözlərinə görə bu il Qəbələdə beş ulduzlu oteldə səhər yeməyi daxil iki nəfərlik istirahət 115 manat, Qaxda 120 manat, Gürcüstanda isə 195 manatdır. Talıb bəy ən sərfəli qiymətləri və xidməti Türkiyə otellərinin təklif etdiyini bildirir. Belə ki, Antaliyanın 5 ulduzlu otellərində “hər şey daxil” paketi ilə 2 nəfərlik istirahət 180 dollardan başlayır.

Talıb Talıbov

Hal – hazırda bir az düşmə hiss olunur başqa vaxtlara baxanda. Qəbələ, Qaxdakı, Lerikdəki otellərimiz nisbətən bir az aşağı qiymətlər verirlər son zamanlar. Ancaq ona baxmayaraq Türkiyə ilə müqayisə eliyəndə sözsüz ki, Türkiyənin otelləri daha ucuzdur bizimkilərdən. Bizdə səhər yeməyi daxil qiymət onların “hər şey daxil” qiyməti ilə eynidir.

Adının çəkilməsini istəməyən  turizm eksperti deyir ki, istirahət üçün Azərbaycana gələn turistlərlə,  Azərbaycandan gedən turistlərin sayında böyük fərq var.  Bunu qiymət amili ilə əlaqələndirən ekspert qeyd edir ki, turizm obyektlərini  baha qiymətə icarəyə verilməsi turizm xidmətlərinin də baha olmasına səbəb olur.

Ekspert: 

Turizm bazarında açıq rəqabət yoxdur. Açıq rəqabətin olmaması qiymətlərin yüksək olmasına, bu da bölgədə olan ölklərdən  bizim geri qalmağımıza səbəb olur.  Bizdə qiymət siyasəti həddən artıq  yüksəkdir. Onun da əsas səbəbi monopoliyanın olmasıdır. Bu ümumi şəkildə yəni  başdan qaynaqlanan bir prossesdir.  Kütləvi turizimin inkşafı üçün, bunu Turizm nazirliyi daha çox fikirləşməlidir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmbətovun sözlərinə görə,  qiymətlərə nazirlik tərəfindən nəzarət olunmur.

İntiqam Hümmbətov:

Turizm özəl sahədir.  Yəni sahibkarlar, iş adamları bu işlə məşğul olurar. Dövlət burda qiymət siyasətinə müdaxilə etmir. Bizim nazirliyin mövqeyi, yəni əsas işi ölkəyə turizm üçün münbit şərait yaratması, turistlər üçün mühitin yaxşılaşdırılmasıdır. Bunu üçün bizim həm bölgələrimizdə, həm də  paytaxtımızdakı məkanlarda normal  şəraitlər olmalıdır. Xidmət və qiymət bir – birini tamalamalıdır.

Turizm sektorundan hər il dövlət büdcəsinə orta hesabla 300 milyon manat vəsait daxil olduğunu bildirən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə turizimin daha da inkşaf etdirilməsi büdcəyə əlavə gəlirlərin daxil olmasına səbəb olacaq. Bunun üçün isə dövlətin dəstəyi lazımdır.

Vüqar Bayramov :

Turizm sektorunun qiymətlərinin aşağı salınması üçün vergi güzəştlərinin tətbiq edilməsinə, subsidiyaların verilməsinə ehtiyac var. Mərkəzi – şərqi Avropa ölkələrində ƏDV (Əlavə Dəyər Vergisi) turizm şirkətləri üçün daha aşağı müəyyənləşdirilir. Bu da imkan verir ki,  turizm şirkətləri xərcin az olduğu üçün və xərcin də az olması da qiymətlərin aşağı salınmasına gətirib çıxarır.  Subsidiyalar turizm şirkətlərinə imkan verəcək ki, qiymətlərin aşağı düşməsinə nail ola bilsin. O baxımdan dövlətin dəstəyinin artırılması vacibdir və dövlətin dəstəyinin artırılması qiymətlərin birbaşa tənzimlənməsinə imkan yarada bilər.

 

Öncəki xəbərNövbəti xəbər