Sosial, ZZ-Manşet

Türkdilli Dövlətlərin Bodrum sammiti başa çatıb

turkdilli-570x357Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən IV zirvə toplantısı başa çatıb.
Türkiyə prezidenti Abdulla Gülün qapanış nitqi ilə yekunlaşan toplantının əsas mövzusu turizm olub. Qurumda sədrlik Türkiyədən Qazaxıstana keçib.

GSR.fm-in APA-ya istinadən xəbər verir ki, sammitdə Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak ediblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.