boş bölmə, İdman, Müsahibə, ZZ-Manşet

“Türkiyə bu komandanı rahatlıqla məğlub etməlidir”

senan

“Fikrimcə, Türkiyə komandası bu oyunda qalib gələcək. Kosova elə güclü rəqib deyil. Türkiyə bu komandanı rahatlıqla məğlub etməlidir. Əgər xal itkisi olarsa o zaman Fatih Terimin deyəcək sözü yoxdu”.

Bu sözləri GSR.fm-ə müsahibə verən idman şərhçisi Sənan Şəfizadə deyib. O, Arda Turanın yenidən milliyə qayıtması ilə bağlı da fikir bildirib. O, deyib ki, Arda özünü göstərməli və sübut etməlidir ki, komandaya lazımdır:

“Arda Turan Türkiyə millisi üçün lazımlı oyunçulardan biridir. Sözsüz ki, insani keyfiyyətlərindən söz deyə bilmərəm. Bilirik ki, baş məşqçi ilə bağlı ciddi problemləri oldu. Hətta Türkiyə Futbol Federasiyasının rəhbərliyi də onları barışdıra bilmədi. Sonra çox yüksək səviyyəli insanların bu işə qarışması məsələni həll etdi. Açıq danışaq ki, bu gün Fatih Terimin seçimləri güclü deyil. Sözünü deyə biləcək 11-lik tapmaq o qədər asan deyil. Bu mənada Arda Turan üçün bir neçə oyunda iştirak etmədən sonra qayıdış xüsusi bir xətt daşıyır. Çünki artıq azərkeşlər arasında belə bir söhbət vardı ki, Arda oldu, ya olmadı yığma öz oyununu göstərir, yığmanın nəticəsinə təsir göstərə bilmir və o, bütün gücünü Barselonaya qoyur. Mən bu fikirlə tam razı deyiləm. Çünki Arda Turan üçün milli komandada çıxış etmək hər zaman önəmlidir, pioritetdir”.

Əsas heyətdə adı olmayan Emre Morla bağlı fikir bildirən Sənan Şəfizadə bildirib ki, Emre Morun heyətə alınmaması baş məşqçinin taktiki və müəyyən planlarından asılı olan bir məsələdir:

“Fatih Terimin nə düşündüyünü ancaq özü bilir. Ola bilər ki, hər hansı bir futbolçuya təsir olaraq bu qərarı qəbul edib. Son oyunda Emre Morun hansısa intizam qaydalarını pozduğu üçün sərt tədbirə əl atmağı üstün bilib. Yəni, gənc olaraq meydanda bu qədər emosional olmaq, hakimlərlə bu qədər mübahisə etmək olmaz. Məncə Fatih Terim istəmir ki, futbolçu bu yaşda ulduz xəstəliyinə tutulsun. Ola bilər ki, yığma mənsiz bacarmır deyiminin qarşısını almaq üçün  bu qərar atılıb.”

Qeyd edək ki, Türkiyə – Kosova oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Öncəki xəbərNövbəti xəbər